Qurbanəli Əliyev

Qurbanəli Məmmədsadıq oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor.[1]

Qurbanəli Əliyev
Qurbanəli Məmmədsadıq oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Kotam, Naxçıvan qəzası, Azərbaycan SSR
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizika-riyaziyyat fakültəsi
Elmi rəhbəri Akademik H.M.Abdullayev
Tanınır Respublikada və xarici ölkələrdə
Mükafatları Azərbaycan Tibb Universitetinin və Səhiyyə nazirliyini Fəxri Fərmanları

Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Q. Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir.

  • Elmi məqalələrin sayı-276
  • Beynəlxalq konfranslarda iştirakının sayı-59
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı-130-a yaxın
  • Monoqrafiya və kitabların sayı-1
  • Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-15
  • Dil bilikləri- ana dili, rus və ingilis

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur. Aparılan tədqiqatlar selenin xassələrində müşahidə olunan anomallığın səbəblərini müəyyənləşdirməyə, selenin müxtəlif modifikasiyalarında keçiriciliyin növünü idarə etməyə, müxtəlif növ aşqarların(qələvi metalların, hallogenlərin ) selendə keçiriciliyin növünün müəyyənləşməsində rolunun aydınlaşdırılmasına, köçürmə hadisələrinin mexanizmi üçün modelin təklif olunmasına imkan yaratmışdır. Q. Əliyevin selenin fiziki xassələri haqqında təklif etdiyi mexanizm eyni quruluşlu digər yarımkeçirici materiallarda (məs. polimerlərdə) və qeyri-kristallarda müşahidə olunan anomal fiziki hadsələrin mexanizminin aydınlaşdırılmasında tətbiq oluna bilər. Əliyev Q.M. Azərbaycan Tibb Universitetində işlədiyi müddətdə Tibbi kadrların müasir tələblərə uyğun səviyyədə hazırlanmasına səy göstərmiş, fizika elminin müasir nailiyyətlərinin - lazer şüalanmasının, lifli optikanın, elektron pramaqnit rezonansının, ultrasəs dalğalarının və s. tibbi diaqnostikada, cərrahi əməliyyatlarda, müxtəlif xəstəliklərin müalicəsində rolunun tələbələr tərəfindən mənimsənilməsinə xüsusi diqqət yetirmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

“ Tibbi və bioloji fizika” , dərs vəsaiti, "Maarif” nəş. Bakı, 1993,640s., Электрические свойства кристаллического и жидкого селена после обескислороживания. ФТТ, т.6, вып. 4, с.1018-1022,1964., О теплопроводности селена. ФТТ, т.5, вып. 12, с. 3614-3615, 1964, O происхождении дырочной проводимости селена. ФТП, т. 1, вып. 4, с. 519-521, 1967., Влияние кислорода на некоторые электрические свойства селена. – Phys. Stat. Solidi, v. II, p. 891-898.1965.

  1. "Biologiya elmləri". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.