Qurban Musayev Məmməd oğlu — şair, yazıçı, pedaqoq.[1]
Qurban Musayev | |
---|---|
Qurban Məmməd oğlu Musayev | |
Təxəllüsü | Qurban |
Doğum tarixi | |
Doğum yeri | Qazax, II Şıxlı |
Vəfat tarixi | |
Vəfat yeri | Qazax, II Şıxlı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Məmməd Musayev |
Təhsili | ali |
Fəaliyyəti | pedaqoq |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | Lirik |
Mükafatları | “Əlaçı maarif işçisi” adına layiq görülüb. |
Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir. 1951-ci ildə Laçının Minkənd kəndinə müəllimlik təyinatını almışdır. 1960-70 ci illərdə Qazax rayonunda Sarıvəlli kənd orta məktəbinin direktoru olmuşdur.
1997-ci ilin payızında vəfat edib. İkinci Şıxlı kənd qəbirsanlığında dəfn olunmuşdur.
Dövrü mətbuatda hələ tələbəlik illərindən çap olunmağa başlamışdır. Əsasən xalq şeri üslubunda yazan şairin əsərləri forma və məzmun , mövzuca zəngin və rəngarəngdir.