Qurdabənzər korilan

Qurdabənzər korilan (lat. Typhlops vermicularis) — Kor ilanlar cinsinə aid ilan növü.

Qurdabənzər korilan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qurdabənzər korilan
Beynəlxalq elmi adı
  • Xerotyphlops vermicularis

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kiçik ilandır və 38 sm uzunluğa malik olur. Xariçi görünüşündən qurdu xatırladır. Quyruğu çox qısa olur. Üzəri çox hamardır. Yuxarı hissəsi qəhvəyi və ya qırmızı-bənövşəyi, quyruğu isə nisbətən tünddür. Qarın nahiyəsi nisbətən açıqdır.

Onlara Balkan yarımadası, Kiçik Asiya, Suriya, Qafqaz, Orta Asiya İran və Əfqanıstanda rast gəlinir. Qurdabənzər korilan daşlıq və kserofit bitkilərin yayıldığı ərazilərdə rast gəlinir. Azərbaycanda Tuqay meşələrində daha çox yayılmışdır. Ümumilikdə onlara 1200–2000 m yüksəkliyə malik hündürlüklərdə belə rast gəlmək olar.

Əsasən daşların və qarpız, yemişlərin altlarında gizlənirlər. Onların açdıqları çığırlar soxulcanların gedişlərini xatırladır. Qacarkən torpaqda olan çatlara girirlər.

Yazda mart ayında gözə dəyirlər. İsti yay ayları gözə dəymirlər. Qarışqalar, hörümçəklər və qurdlarla qidalanırlar.

İnsanlar üçün heç bir təhlükəsi yoxdur.

Çoxalması çox zəif öyrənilmişdir. Türkiyədə çütləşmə iyunun əvvələrində baş verir. Çütləşmə 22 saat davam edir. Cənubi Qafqaz ərazisində 2–6 yumurta qoyur. Bu mərasim iyulun sonu avqustun əvvələrinə təsadüf edir. Yumurtası iri olur. Diametri 6–7 mm, uzunluğu 24–26 mm təşkil edir. Balaların uzunluğu 31 mm təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]