Qurgen Arutyunyan

Qurgen Mixayloviç Arutyunyan (9 (22) iyun 1905[1][2], Yelizavetpol[1][2]2 yanvar 1973[1][2], Stepanakert[1][2]) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957).

Qurgen Arutyunyan
Doğum tarixi
Doğum yeri Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Xankəndi, DQMV, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru
Teatr
Mükafatları

Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir.[3]

Qurgen Arutyunyan 1941-ci ildən Sov. İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir.[4]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Rol Tamaşa Müəllif
Martiros Namus Aleksandr Şirvanzadə
Daniyel Nakam qız Aleksandr Şirvanzadə
Nazar Qoçaq Nazar Derenik Dəmirçyan
Şeyx Alı Vaqif Səməd Vurğun
Heydərqulu Həyat Mirzə İbrahimov
Kurdryaş Tufan Aleksandr Ostrovski
Luka Həyatın Dibində Maksim Qorki
fon Kalb Məkr və məhəbbət Fridrix Şiller
  1. 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 3.
  3. ТЭ, 1961, стб. 314
  4. АСЕ, 1976, сәһ. 413
  • Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. 1214 стб. 43 000 экз.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.