Qursaq

Qursaq dolması

Qursaqgövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbarkokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır.

Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir.

Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir. İstər yay, istərsə də qışda hər küçənin tinində mütləq bir qursaqçıya rast gəlmək olar. Qursaq oralarda həyatın bir parçasına çevrilib.