Şalğam (Brassica rapa subsp. rapa) köklü tərəvəz. Adətən dünyada mülayim iqlimlərdə onun ağ, soğanaqlı paya kökü üçün becərilir.
Şalğam | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Şalğam bitkisi Avropa mənşəli, soyuğadavamlı, yüksək məhsuldar bitkidir. Başqa kökümeyvəlilərə nisbətən torpaq münbitliyinə az tələbkardır. Genetik tədqiqatlar göstərmişdir ki, bu bitki raps bitkisinə çox yaxındır. Bunların hər ikisi turpəng və yabanı turpun kələm növləri ilə öz-özünə çarpazlaşmasından yaranmış və xromosom sayı artmışdır. Şalğam ancaq mədəni halda məlumdur. Rusiya ərazisinə XVIII əsrin axırında Qərbi Avropadan gətirilmiş və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Şalğam və yem turpu (turneps) mədəni halda kartofdan əvvəl məlum olmuşdur. Şalğamın yem bitkisi kimi becərilməsinə bir qədər gec başlanmışdır. Əsas etibarı ilə Rusiyanın Avropa hissəsinin Qeyri-qaratorpaq zolağında becərilir. Ərzaq kimi şalğamın kökümeyvəsindən, yem kimi isə həm kökümeyvəsindən, həm də yarpaqlarından istifadə olunur. Yarpaqlarını siloslaşdırmaq və vitaminli ot unu hazırlamaq olar. Kökümeyvəsinin tərkibində 9-16% quru maddə, 5-10% şəkər, 1,0 - 1,5% zülal,0,7-1,6% kül olmaqla, askorbin turşusu ilə zəngindir. 100 kq kökümeyvəsində 1,0-1,2 kq, yarpaqlarında isə 1,5-1,6 kq həzm olunan protein vardır. Hektardan 800-1000 sentnerə qədər kökümeyvə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 400-450 s/ha-dır. Yarpaq məhsuldarlığı isə kökümeyvə məhsuldarlığının təxminən 1/3 qədərdir. Hektardan 10-15 sen. toxum verir.[1]