Quru buz

Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır. Bərk karbon qazı 1560 kq/m³ sıxlığa malikdir və özünü şüşəyəbənzər cisim kimi təmsil edir.Atmosfer təzyiqində və -78,9C sublimasiya temperaturunda quru buzun soyutma məhsuldarlığı 574 kCoul/kq-dır. 0C-yə qədər buxarın sublimasiyasında yaranmış istilik hesabına quru buzun soyutma məhsuldarlığı 633 kCoul/kq olacaqdır.Beləliklə, quru buzun kütləvi soyutma məhsuldarlığı maye buzdan 1,7 dəfə (574:335) çoxdur. Orta həcmi kütləli quru buzun həcmi soyuqluq məhsuldarlığı 1400 kq/m³ olaraq maye buzdan təxminən 3 dəfə çoxdur.Karbon qazı metallara qarşı neytraldır və nisbətən zərərsiz qazdır.İstifadə etmək üçün quru buz əlverişlidir və -60…-70C-yə qədər temperaturu almağa daha yaxşı imkan yaradır. Yüksək qiymətə malik olmasına baxmayaraq (maye buzdan 10 dəfə bahadır) quru buz sənayenin çox sahələrində istifadə edilir. Adətən dondurmaların satışında və daşınmasında onun saxlanması üçün quru buzlardan daha geniş istifadə edilir (istehsal olunan quru buzun ümumi miqdarının 90 %). 1 kq dondurmanın realizə edilməsinə 100 q quru buz buraxılır.Quru buzun istehsal prosesi təmiz karbon qazından, maye karbonatın və quru buzun alınmasından ibarətdir. Təmiz karbon qazı tərkibində istənilən qədər böyük miqdarda CO2 olan qazlar qarışığından alınır. Bunun üçün təbii və süni mənbələrdən istifadə etmək olar.

Təbii mənbələr təbii karbonat Qafqazda və Kuril adalarında yerləşir. Tərkibində yüksək CO2 (98 %-ə qədər) olmasına baxmayaraq praktiki olaraq onlar quru buzun istifadə mərkəzlərindən uzaqlarda olmasına və yerli enerji bazasının çatışmamazlığına görə istifadə olunmur.

Süni mənbələrə müxtəlif təsərrüfatların müxtəlif qazşəkilli tullantıları daxildir: spirtli qıcqırmalar, kimyəvi tullantılar, sənaye qa¬zanxanalarının dəm qazları.

Buzun saxlanmasında sublimasiya nəticəsində onun itkiləri imkan daxilində az olmalıdır. Havada quru buz aktiv sublimasiya edir. Ona görə də quru buzu yaxşı izolə edilmiş buz anbarlarında saxlayırlar. Quru buzun saxlanması və daşınması üçün konteynerlər qapaqlı iri anbar şəklində hazırlanır. Konteynerin divarları və qapaqları 250 mm-ə qədər olan istilik izolyasiyasına malikdir. Göstərilən tədbirlərə baxmayaraq quru buzun saxlanması zamanı sutka ərzində 3…4 %-i itir. Buz anbarları 2-3 gün ərzində quru buzun saxlanması üçün hesablanır.

  • Q.B.Məmmədov Soyuduculuq texnikası, Bakı:Elm, 2007, 284 s.
  • Q.B.Məmmədov, Q.M.Allahverdiyeva İstilik və soyutma texnikası.-Bakı: Elm, 2011, 492 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]