Şahzadə Qustav (15 iyun 1827-ci ildə doğulmuş, 24 sentyabr 1852-ci ildə vəfat etmiş) — İsveç-Norveç şahzadəsidir. Qardaşı XV Karldan bir yaş kiçik idi.
Qustav Oskar Bernadot | |
---|---|
Frans Gustaf Oscar | |
| |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Oslo |
Vəfat səbəbi | Qarın yatalağı |
Vətəndaşlığı | İsveç-Norveç |
Atası | I Oskar |
Anası | Yozefina Leuxtenberq |
Milliyyəti | İsveçli |
İxtisası | Musiqiçi |
Təhsili | |
Fəaliyyəti | Bəstəkar |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü elan olunmuşdu. Qardaşı ilə birlikdə Uppsala Universitetini bitirmişdi. O təhsilli bəstəkar və musiqiçi olaraq bilinirdi. Onun bəstələdiyi Studentsången (Tələbə mahnısı) və Vårsång (Bahar mahnısı) hələ də İsveçin ən məşhur musiqilərindəndir. Onun 50-dən çox bəstələdiyi marş, romans və mahnıları qorunub saxlanıb.
1852-ci ildə qarın yatalağından vəfat etdi.