XV Karl

XV və IV Karl (3 may 1826[3][4][…], Stokholm[4]18 sentyabr 1872[3][4][…], Malmö[4][5]) — Bernadotlar sülaləsindən İsveç-Norveç kralı idi. 19-cu adlansa da o, Karl adlı doqquzuncu İsveç kralı idi.[6]

Karl Lüdviq Evgen
Carl Ludwig Eugen
XV Karl
XV Karl
8 iyul 1859 – 18 sentyabr 1872
ƏvvəlkiI Oskar
SonrakıII Oskar
1826 – 1859
ƏvvəlkiTitul yaradıldı
SonrakıVI Qustav
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Stokholm
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Malmö
Dəfn yeri
Təhsili
Fəaliyyəti monarx
Atası I Oskar
Anası Yozefina Leuxtenberq
Həyat yoldaşı Luiza Oranj-Nassau
Uşaqları Luiza Evgeniya
Karl Oskar Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini lüteranlıq
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

3 may 1826-cı ildə Stokholmda anadan olmuşdu. Anadan olan kimi nominal Skane hersoqu elan olunmuşdu. I OskarYozefina Leuxtenberqin ən böyük oğlu idi. 1841-ci ildə babası XIV Karl İohanndan ilk vəzifə təyinatını almış, 1845-ci ildə Uppsala universitetinə qəbul olmuşdu. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. 1848-ci ildə "Ögey qardaşlar" adlı hekayə yazmışdır. 1849-cu ildə general rütbəsini almışdı. 7 fevral 1856-cı ildə Norveç canişinliyinə təyin olunmuşdur.

1865-ci ildə Karl

1859-cu ildə taxta çıxmışdır. Danimarka ilə dostluq əlaqələrinə davam etmiş, ölkədə islahatlara cəhd etmişdir. Hakimiyyəti əsasən sönük keçmişdir. Qardaşı ilə əlaqələri yaxşı deyildi və qanunları dəyişib, taxta qızı Luiza Evgeniyanı gətirmək istəsə də parlament bunu təsdiqləməmişdi.[7] 11 noyabr 1868-ci ildə Yaponiya ilə "Dostluq, Ticarət və Naviqasiya müqaviləsi" imzalamışdır. Bununla İsveç və Norveç tacirləri Yaponiyada ticarətlə məşğul ola biləcəkdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

XV Karl şair və rəssam idi. 1863 və 1865-ci illərdə iki şeir kitabı yayımlanmışdı. Rəsm əsərləri İsveç Milli Muzeyində sərgilənir. Başqa rəssamların əsərlərini də kolleksiyada toplayırdı. 500-dən çox rəsm əsəri toplamışdır.

1871-ci ildə xəstələnmiş, həyat yoldaşının eyni ildə ölümündən sonra daha da kəskinləşmişdir. 1872-ci ildə Aaxen səfərindən qayıdarkən tuberkulyozdan Malmödə vəfat etmişdir.

19 iyun 1850-ci ildə Luiza Oranj-Nassau ilə evlənmişdir.

Ad Valideyni Doğum günü Ölüm Qeyd
Luiza Evgeniya Luiza Oranj Nassau 31 Oktyabr 1851 21 Mart 1926 1869-cu ildə VIII Frederiklə evləndi; övladı oldu
Karl Oskar Vilhelm Frederik Luiza Oranj Nassau 14 Dekabr 1852 13 Mart 1854 uşaqkən öldü
Karl İohann Bolander[8] Anna Margareta Lindkvist Bolander 4 Fevral 1854 28 İyul 1903 Qeyri qanuni övlad
Ellen Maria Svensson Anna Stirell 28 oktyabr 1865 1931[9] Qeyri qanuni övlad
  1. Olsson M. Riddarholmskyrkan - inventories and graves. 1937. S. 460.
  2. Bernadotteska gravkoret.
  3. 1 2 RKDartists (nid.).
  4. 1 2 3 4 Karl XV (швед.). 1917.
  5. Hovförsamlingens kyrkoarkiv, Död- och begravningsböcker, SE/SSA/0007/F I/3 (1861-1874), bildid: 00033280_00065.
  6. "Nordisk familjebok - Karl". 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
  7. Anne-Marie Riiber (1959). Drottning Sophia. Uppsala: J. A. Lindblads Förlag. sid 80 ISBN
  8. Karl-Erik Sahlberq in Nils Bolander diktare och predikant ISBN 91-86112-39-2 p. 11
  9. Lagerqvist & Åberg in Small dictionary of the Swedish monarchs ISBN 91-87064-43-X's. 42