Quta hücum

Quta hücum və ya İkinci Qut döyüşüBirinci Dünya müharibəsi zamanı 1917-ci il fevral ayının 23-də Mesopotamiya cəbhəsində baş vermiş olandöyüşdür. Birinci Əl-Küt müharibəsində Osmanlı qüvvələri tərəfindən böyük bir məğlubiyyətə düçar edilən ingilislər bu döyüşdə Əl-Kütü ələ keçirməyə nail olmuşdurlar.

Quta hücum
Birinci Dünya müharibəsinin Mesopotamiya cəbhəsi
Əl-Kütün 22 fevral 1917-ci ildəki vəziyyətipx
Tarix 23 fevral 1917
Yeri İraq, Əl-Küt
Nəticəsi Britaniyanın qəti qələbəsi
Münaqişə tərəfləri

 Böyük Britaniya

 Osmanlı imperiyası

Komandan(lar)

Böyük Britaniya Frederik Stenli Maud

Osmanlı imperiyası Kazım Qarabəkir

Tərəflərin qüvvəsi

50.000[1]

17.000[1]

1916-cı ilin dekabr ayında baş vermiş olan müharibə, iki korpus halında döyüşən 50.000 nəfərdən ibarət Britaniya qüvvələrinin (əsasən Britaniya Hindistanından gətirilmiş olan qüvvələr) Bağdad istiqamətində hücumunun bir hissəsi idi.

Frederik Stenli Maudun rəhbərliyi altında olan ingilis diviziyası şəhəri geri ala bilmiş, lakin Osmanlı qarnizonu şəhərdə qalmamışdır (Əl-Kütün birinci mühasirəsində İngilis diviziyasının başına gəldiyi kimi): Kazım Qarabəkir Dəclə çayı boyu ingilis donanması tərəfindən mütəmadi olaraq izlənilən təxminən 2500 əsgərdən ibarət olan Osmanlı ordusunu nizami bir formada geri çəkməyə nail olmuşdur.

İngilislərin hücumu fevral ayın 27-də Kütdən təxminən 100 kilometr aralıda yerləşən Əziziyyədə dayanmışdır. Üç günlük ərzaq ehtiyatı yığıldıqdan sonra general Maudun rəhbərlik etdiyi ingilis ordusu Bağdad istiqamətində hücumuna davam etmişdir.