Qutlar

IX əsrdə İsveç:
  Qutlar

Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur.[1]

Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır.[2] Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.[3]

  1. "Snöbohm, Alfred Theodor Gotlands land och folk (1871)". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
  2. Guta Lagh med Gutasagan, Tore Gannholm, p 98-99
  3. Fornvännen 1969, Elias Wessén