Rövşənək

Böyük İskəndər və Rövşənək. İtaliyalı rəssam Pyetro Rotarinin əsəri, 1756-cı il, Ermitajdan

Roksana (avest. Raoxšna, fars. رخشانه‎, q.yun. Ῥωξάνη, lat. Roxana - e.ə.342-e.ə.309) — Baktriya şahzadəsi, Makedoniyalı İsgəndərin xanımı.

Rövşənək əsərlərdə

[redaktə | mənbəni redaktə et]

Böyük Nizami yazır:


Rövşənək xatunu götür bərabər,
 Onunla ölkənin işi düzələr.
 Bir fikir doğunca günəş ağıla,
 Hər yaxşı-yamana bir ölçü saxla.
 Nayibsən, işi gör, dinlə ədl ilə,
 Məni yaxşılıqla gətir sən dilə.
 Onunçun bəyəndim səni hər kəsdən.
 Böyüklük gözüylə sənə baxdım mən".
 Sözə başlayaraq hünərli vəzir,
 O buyruq verənə göstərdi tədbir:
 "Padşaha layiqdir hər buyruq, fərman,
 Əmriylə iş görür hər iş bacaran.
 Getdikcə şövkətin kəmalə dolsun,
 Qərəzlə istəyin qol-boyun olsun,
 O uca rəyiniz göstərdi tədbir,
 Qarşını görməkdən ziyanmı gəlirə
 Şahın göstərdiyi uğurlu işə
 Mən boyun qoyaram, düşmə təşvişə.
Işində, gücündə, ancaq, hər zaman
 Ayıq olmalıdır uca hökmüran.
 Bu mübarək səfər çatınca sona,
 Dönüncə yenə öz doğma yurduna,
 Ağır iş deyildir böyük sərvərə
 Dünyanı tapşırmaq iş bilənlərə.
 Dövləti saxlamaz yalnız bir nəfər,
 Dünyanı özünə bağlamaz bir ər.
 Dünyada var saysız ölkə və dövlət.
 Bu dövran hər kəsə ayırmış qismət.

Nizami Gəncəvinin «İskəndərnamə» poemasına Buxarada 1571-72-ci illərdə çəkilən miniatür bu baxımdan maraqlıdır. Şərti olaraq İskəndər və Rövşənək adlanan miniatürdə İskəndərin şah taxtında əyləşərək ətrafında məclis təşkil etməsi təsvir olunub. Burada müxtəlif musiqi alətləri ifaçıları ilə yanaşı qanun çalan qız da əks olunub. Başında çalma tipli baş örtüyü, uzun mili libas geymiş ifaçı qız bardaş qurub əyləşib, qanunu dizləri üzərində saxlayıb hər iki əlinin barmaqları ilə simlərə toxunarkən təsvir edilmişdir. Müasir qanunla müqayisədə bu alət həcmcə kiçikdir. Simlərin sayı da qismən azdır.