Rövşən Ağayev (yazıçı)

Rövşən Azər oğlu Ağayev (31 mart 1949, Kirovabad9 mart 2015, Bakı) — kinossenarist, dramaturq, musiqiçi

Rövşən Ağayev
Rövşən Azər oğlu Ağayev
Doğum adı Rövşən Azər oğlu Ağayev
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşları Güşvər Şərifova
Fəaliyyəti ssenarist

Rövşən Ağayev 1949-cu il martın 19-nda o zamankı Azərbaycan SSR-nin Gəncə şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alır. Ali təhsil illərində şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradır və bu şöbəni lazımi avadanlıqlarla təmin edir. Beləcə o, institutda təhsil almaqla yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayır. 1973-cü ildə həmin institutunun elektrifikasiya fakültəsinin energetika mühəndisi şöbəsini bitirir. İncəsənətə meyilli olduğu üçün sonrakı fəaliyyəti daha çox incəsənətlə bağlı olmuşdur.

Kinodakı fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1980–81-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı tam metrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlamışdır və həmin ssenari "Azərbaycanfilm" tərəfindən alınmışdır. Bundan sonra onunla "Azərbaycanfilm" kinostudiyası arasında daha iki tam metrajlı bədii filmin yazılışı üçün müqavilə bağlanmışdır. Həmin ssenarilər yazıldıqdan sonra kinostudiya tərəfindən alınmışdır.

1988-ci ildə "Mosfilm" kinostudiyası (Moskva) ilə "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan, Rövşən Ağayevin ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilmişdir və həmin film keçmiş SSRİ ərazisində olan kinoteatrlarla yanaşı həm də Avropa ölkələrində göstərilməklə sosialist məkandan kənara çıxa bilən azsaylı filmlərimizdən olmuşdur. Bu film iki dəfə Moskvanın Ümumittifaq Mərkəzi Televiziya kanalı ilə nümayiş olunmuşdur.

Rövşən Ağayev 1990–1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının filialının direktoru vəzifəsində çalışmışdır. 1995–2003-cü illərdə "Azərbaycanfilm" kinostudiyasının filiallığından müstəqil fəaliyyətə keçmiş kinostudiyanın direktoru olmuşdur.

Teatrdakı fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1981-ci ildə Gəncə Dövlət Dram Teatrında Rövşən Ağayevin "Yeddi oğlan və bir qız" pyesi əsasında tamaşa hazırlandı. Tamaşanı izləyən teatr biliciləri uğurlu tamaşa ilə yanaşı Rövşən Ağayevin dramaturgiyasını da yüksək qiymətləndirir. Sonradan həmin pyes Qazax Dövlət Teatrında və İrəvan şəhərində İrəvan Dövlət Azərbaycan Teatrında tamaşaya qoyulmuşdur.

1984-cü ildə R. Ağayevin "Dayaq nöqtəsi" pyesi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulmuşdur. Bu tamaşa o zamankı teatr ictimaiətində böyük əks-səda yaradır. Elə həmin il SSRİ Mədəniyyət Nazirliyi rəhbərliyi və Moskva şəhərinin aparıcı teatrlarının rəhbərliyi tərəfindən tamaşaya baxıldıqdan sonra SSRİ Mədəniyyət Nazirliyinin qərarı ilə "Dayaq nöqtəsi" pyesi keçmiş SSRİ və Moskva şəhər teatrlarında səhnəyə qoyulması tövsiyə edilmişdir.

1984-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin qərarı ilə R. Ağayev SSRİ üzrə 1984-cü ilin ən yaxşı dramaturqu adına layiq görülmüşdür.

1985-ci ildə R. Ağayevin "Dayaq nöqtəsi" pyesi əsasında S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında hazırlanmış tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin mükafatına layiq görülmüşdür.

1986-cı ildə R. Ağayevin "Deyilənlərdən sonra" adlı pyesi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən alınaraq S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının repertuarına salınmışdır.

2014-cü ildə R. Ağayevin "Bir gecənin nağılı" pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

2015-ci ildə R. Ağayevin "Bu sən — bu da mən" pyesi əsasında Azərbaycan Dövlət "Yuğ" Teatrında "13" tamaşası hazırlanmışdır.

Musiqi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rövşən Ağayevin kino və teatrla yanaşı musiqi fəaliyyəti də olmuşdur. Həm akkustik gitarada ifa etdiyi, həm də aranjeman olunmuş müəllif mahnıları var. Mahnılarında lirika ilə yanaşı satirik üsluba da yer vermişdir.

  1. Lətifə (film, 1989)

Teatr tamaşaları

[redaktə | mənbəni redaktə et]
  1. Dayaq nöqtəsi
  2. Yeddi oğlan və bir qız
  3. Bir gecənin nağılı
  4. 13