Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi.
Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...
- Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur.
- Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
- Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.
- Ssenari müəllifi: Rövşən Ağayev
- Süjet, kompozisiya və dialoqların müəllifi: Rövşən Ağayev, Yefim Abramov, Nizami Musayev
- Quruluşçu rejissor: Nizami Musayev, Yefim Abramov
- Quruluşçu operator: Bağır Rəfiyev
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Nazim Hacıyev
- Bəstəkar: Cavanşir Quliyev
- Səs operatoru: Nataliya Nuriyeva
- Rejissor: Elmira Əliyeva
- Montaj edən: Tamara Nərimanbəyova
- Operator: Abbas Rzayev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi)
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: V.Kiselyer
- Rejissor assistenti: Rafiq Orucov
- Montaj üzrə assistent: L.Nuriyeva, Lyudmila Lotina, N.Əliyeva
- Səs operatoru assistenti: Fazil Əfşani
- İşıq ustası: Rüstəm Rüstəmov, Niyazi Zeynalov
- Əlbəsəçi: Nina Çurina
- Rekvizit ustası: Nataliya Şahmuradova
- Rəng quraşdırıcısı: Əminə Cəfərova
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova
- Redaktor: Ramiz Fətəliyev, Nüsrət Kəsəmənli
- İnzibatçı: A.Əliyev, Arif Kərimov, Tərlan Babayev (T.Babayev kimi)
- Filmin direktoru : Aydın İmrani
- Rasim Balayev — Rəhimov
- Ceyhun Mirzəyev — Məmmədov
- Yaşar Nuri — Məmməd
- Muxtar Maniyev — Kərimov
- Xuraman Hacıyeva — Xəlilova
- Yelena Kostina — Alya
- Aleksandr Şarovski — prokuror
- Loğman Kərimov — lal-kar
- Lətifə Əliyeva — ana
- Lalə Bağırova — Rimma
- Əjdər Həmidov — Əhməd
- Rafiq Əliyev — komsomol başçısı
- Arif Kərimov — Murtuzov
- Nizami Musayev — Dünyaminov
- Sadıq Hüseynov — istefada olan podpolkovnik
- Tərlan Babayev — rəngsaz
- Oqtay Süleymanov — zavod işçisi
- Sahib Quluzadə — Lal-kar cəmiyyətinin katibi
- Alla Sannikova — balacaboy qadın
- İqor Sannikov — balacaboy kişi
- Alim Aslanov — polkovnik Nəzərov
- Dadaş Kazımov — liftçi
- Faiq Babayev — zavod direktoru
- Asiman Agayev — Stalin
- Amaliya Pənahova — Xəlilova (Xuraman Hacıyeva) (titrlərdə yoxdur)
- Fəxrəddin Manafov — prokuror (Aleksandr Şarovski) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — ana (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
- Pərviz Bağırov (aktyor) — Əhməd (Əjdər Həmidov ) (titrlərdə yoxdur)
- "Universal" Kommersiya Bankı
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 340-341.