Rövşən Abbasov

Rövşən Abbasov 29 mart 1959-cu ildə Azərbaycan Respublikası Qazax rayonunda doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1980-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1984-cü ildə Azərbaycan Dövlət Dram Teatrında, 1989-cu ildə Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2002-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.

Rövşən Abbasov
ABBASOV RÖVŞƏN ABBAS OĞLU
Doğum tarixi (64 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR , Qazax rayonu
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1980-ci ildən
tyuz.az/az.php?go=aktyor…

Həyatı[redaktə | mənbəni redaktə et]

Çəkildiyi filmlər[redaktə | mənbəni redaktə et]

1. Əli bəy – («Vaqif», S. Vurğun) 2. Zülfüqar kişi – («Qətl günü», B. Səmədoğlu) 3. Bayram – («Hekayəti-xırsi quldurbasan», M. F. Axundov) 4. Çavuş - («Məkkəyə yol», C. Məmmədquluzadə) 5. Şeyx Kəbir – («Şeyx Sənan», H. Cavid) 6. Kapitan – («Ezop», G. Fiqeyredo) 7. Semyonov Pişik – («Albalı bağı», A. P. Çexov) 8. Uzun – («Sən məni atmazsan ki...», C. Steynbek) 9. Dövlət bəy – («Aydın», C.Cabbarlı) 10. Elçi – («Şah Edip», Sofokl) 11. Zəvvarbaşı – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə) 12. Doj - («Otello» U.Şekspir) 13. Natiq – («Mənim ağ göyərçinim» T.Vəliyeva) 14. Kapuletti – («Romeo və Cülyetta» U.Şekspir) 15. Loğman - («Əlincə qalası» Dilsuz) 16. Piri baba – («Qaraca qız» S.S.Axundov, A.Şaiq) 17. Ata – (“Balaca və damda yaşayan Karlson” A.Lindqren) 18. Müstəntiq - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev) 19. Retklif - (“III Riçard”, U.Şekspir)

Mənbə[redaktə | mənbəni redaktə et]

http://www.tyuz.az/az.php?go=aktyorlar2 Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine