Rövnəq Rzayev (tam adı:Rzayev Rövnəq Mirzə oğlu) — Azərbaycan Dövlət İqtisad Universitetində elm və innovasiya məsələləri üzrə prorektor,[1] Azərbaycan Respublikasının əməkdar müəllimi, professor
Rövnəq Rzayev | |
---|---|
Rövnəq Mirzə oğlu Rzayev | |
Doğum tarixi | |
Doğum yeri | NMR, Ordubad rayonu, Biləv kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Mükafatları |
Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub.[2]
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.
17 iyul 2019-cu ildə professor seçilib.[3]
2020-2024-cü ilin oktyabr ayına kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri olub.[4]
160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.
21 okyabr 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinə Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub.