Rüfət Həsənov

Rüfət Rauf oğlu Həsənov (24 aprel 1987, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi,[1]Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri olub.[2] 23 Sentyabr 2023-cü ildə tutduğu vəzifədən azad edilib.[3]

Rüfət Həsənov
Doğum tarixi 24 aprel 1987(1987-04-24) (37 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, ssenarist
IMDb ID3667661
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates Kollecindən məzun olub.

2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi Beynəlxalq Lokarno festivalının proqramına daxil olub. 2013–2017-ci illərdə Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib. 14–21 Avqust tarixlərində keçirilən 26-cı Sarayevo Film Festivalında "ən yaxşı rejissor" mükafatını qazanıb.[4]

  1. Force Majeure (2010)
  2. O, Sortie! (2010)
  3. İntim Yerlər (2013) (montaj)[5][6][7]
  4. Buqələmun (2013)
  5. Kədərim nurludur (2014)
  6. Kədərim (film, 2015) (qısametrajlı bədii film) (ssenari müəllifi, quruluşçu rejissor, montaj, rol)
  7. Yoxdur belə söhbət (2017)
  8. Daxildəki ada (film)
  1. Azərbaycanlı rejissorlar festivallarda: [Tbilisidə keçirilən XIV Beynəlxalq film festivalında Azərbaycanın gənc rejissorları – Rüfət Həsənov və Elvin Adıgözəlin iştirakı haqqında] //Azərbaycan.- 2013.- 11 dekabr.- S. 8.
  2. "Mədəniyyət Nazirliyində kadr təyinatı". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
  3. "Rüfət Həsənov Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edilib - EKSKLÜZİV". Apa.az (az.). İstifadə tarixi: 2023-10-08.
  4. "26th Sarajevo Film Festival Awards". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  5. "İntim Yerlər" imdb rəsmi
  6. Meydan.tv müsahibə[ölü keçid]
  7. "İntim Yerləri" Wikipedia Rusca