Yoxdur belə söhbət (film, 2017)

YoxdubeləsöhbətMədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film.

Yoxdu belə söhbət
#yoxdubeləsöhbət
Janr Romantik komediya
Rejissor Rüfət Həsənov
Ssenari müəllifləri Kamal Həsənov
Rüfət Həsənov
Asif Rüstəmov
Baş rollarda Günəş Mehdizadə
Həsən Ağa
Emil Məcnunov
Tünzalə Qəhrəman
Bəstəkar DiHaj
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 10 yanvar 2018
Filmin digər adı İki Nəfərlik Mall
Filmin növü tammetrajlı bədii film
Müddət 70 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli
IMDb ID21626934

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.

Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı.

  1. Uran — "Yenə də fırlanır"
  2. Barfly — "Kağız"
  3. DədəBaba — "Dağların başı"
  4. DiHaj — "Eşqini Aşağı Sal"
  5. İsrail Məmmədov — "Şəlaləm"
  6. Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ"
  7. Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells"
  8. Ya Tosiba — "Maşın"
  9. Selda Bağcan — "Yaz, gazeteci, yaz"
  10. Xpert ft. Lüter — "Napoli xatirəsi"
  11. Yuxu — "Xəyalpərəst"
  12. Yuxu — "Aldatdın məni sən"
  13. Aysel Məmmədova — "Dilbərin ariyası"
  14. Azər Cırttan — "Niyə belə uzundur bu yollar"