Rüstəm İsgəndərli

İsgəndərli Rüstəm Vaqif oğlu (24 noyabr 1989, Şamaxı şəhəri) — Ukrayna Mərkəzinin Şamaxı Regional nümayəndəliyinin Direktoru, Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsullunun Beynəlxalq əməkdaşlıq üzrə müşaviri.[1][2]

İsgəndərli Rüstəm
İsgəndərli Rüstəm Vaqif oğlu
bayraq
Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulunun Beynəlxalq əməkdaşlıq üzrə müşaviri
bayraq2
Vəzifədədir
2022 - indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (33 yaş)
Doğum yeri Şamaxı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

İsgəndərli Rüstəm Vaqif oğlu 24 noyabr 1989-cu ildə Şamaxı şəhərində iqtisadçı ailəsində anadan olub., 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2015–2019-cu illərdə Naxçıvan Dövlət Universitetində ali təhsil almışdır. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 2011-ci ildə AzTelekom MMC-də kiçik mühasibatçı vəzifəsində başlamışdır. 2013–2014-cü illərdə Modern Group of Companies şirkətində mühasibatçı vəzifəsində işləmişdir. Fəaliyyəti dövründə müxtəlif dövlət tədbirlərində, eləcə də Azərbaycan Respublikasının ölkə xaricində keçirilən bir çox beynəlxalq tədbirlərində iştirak edib.[3] 2021-ci ilin 29 Oktyabr tarixində Ukrayna Respublikasının Şamaxı rayonunda fəaliyyətə başlayan Fəxri Konulluğunun müxtəlif layihələrində aktiv iştirak etmiş və Fəxri Konsulluğun fəaliyyəti dövründə Rayon İcra Hakimiyyəti və eləcə də dövlət qurumlarının regional idarələri, dövlət təşkilatları və özəl sektor münayəndaləri ilə əlaqələrin qurulmasında və ikitərəfli münasibətlərin yürüdülməsində lazımi dəstəyi təmin etmişdir.[4] 1 dekabr 2022-ci ildə Ukrayna Fəxri Konsulunun Regional Məsələlər üzrə Müşaviri vəzifəsinə təyin oldu. 15 mart 2023-cü il tarixindən bu yana isə Ukrayna Fəxri Konsulluğunun təsis etdiyi Ukrayna Mərkəzinin Şamaxı Regional nümayəndəliyində baş direktor vəzifəsini icra edir.[5][6][7]

Istinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fəxri Konsula mükafat verildi — Fotolar". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  2. "Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarifləndirici seminar keçirilib". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  3. "Bakıda artıq "Ukrayna kitab rəfi" var". 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  4. ""Ukrainian Center"də Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirildi — Fotolar". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  5. ""Ukrainian Center"in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət edib — Fotolar". 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  6. ""Daha güclü və bütöv Ukrayna üçün regional tərəfdaşlıqlar önəmlidir"". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  7. "Azərbaycanda Ukrayna məktəbi fəaliyyətə başlayıb". 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.