Rüstəm Əliyev (əczaçı)

Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954).

Rüstəm Əliyev
Əliyev Rüstəm Qambay oğlu
Doğum tarixi
Doğum yeri Qaryagin, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Moskva Əczaçılıq İnstitutu

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R. Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956–1966-cı illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.[1]

  1. "Alimlər". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-20.