Rüstəm Əliyev (tam adı: Rüstəm Şahvələd oğlu Əliyev; 11 iyun 1965, Bakı, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Rüstəm Əliyev | |
---|---|
Rüstəm Şahvələd oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Şahvələd |
Anası | Zemfira |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Sürücü |
Rüstəm Əliyev 1965-ci il 11 iyun tarixində Bakıda anadan olmuşdur. 3 nömrəli tam orta məktəbi bitirmişdir. 2 nömrəli avtobus parkında sürücü işləmişdir.[2] Həmin avtobus parkında olan Xalq Cəbhəsi hissəsinin fəal üzvü olmuşdur.[3]
Subay idi.
Yanvarın 19-da axşam dostu Elmanla Salyan qazarmasının yanına getmişdir. Atışma zamanı yaralıları avtobusla xəstəxanaya daşımışdır. Sonra yolda Rüstəmin avtobusunu da atəşə düşmüş, Rüstəm döş qəfəsindən, qarın boşluğundan bir neçə odlu güllə yarası almışdır. Gecə saat 03:30 dəqiqədə xəstəxanaya gətirilmişdir. Yanvarın 25-də, saat 13:00-da aldığı xəsarətlərdən vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhəri, 19-cu Dağüstü küçəsi, ev 20a, mənzil 38.
Binəqədi rayonunda yerləşən, Rüstəmin məzunu olduğu 3 nömrəli tam orta məktəb hal-hazırda onun adını daşıyır.