Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”

Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərindən
Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərindən

Zəxireyi-NizamşahiXII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.

"Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı