Rüstəm Məmməd-Əmin Əffəndi (1934 – 1991) — azərbaycanlı və sovet entomoloqu. Ömrü boyu Cənubi Qafqazın Pulcuqluqanadlılarını araşdıraraq öyrənmişdir. O, əsasən ukraynalı entomoloq Nekrutenko ilə birgə fəaliyyət göstərmişdir.
Rüstəm Məmməd-Əmin Əffəndi | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Uşağı | 3 qız[1] |
Canlı təbiətin sistematiki | ||
---|---|---|
Tədqiqatçı, zoologiya taksonlarını təsnif edən. Taksonlarda müəllifliyi qısaca bu cür göstərilir: «Effendi».
|
Onun tərəfindən 90 mindən ibarət olan kəpənək kolleksiyası toplanmışdır. Ölümündən sonra kolleksiya Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutuna dövr edilmişdir. O, hətta kəpənəklərin şəkillərini belə çəkmişdir.
Satyrus effendi[2] (Satyrus effendi Nekrutenko, 1989) kəpənəyi onun şərəfinə adlandırılmışdır.
Üç qız övladı var. Onlardan biri 1977-ci il təvəllüdlü fotoqraf Rəna Əffəndidir. Rəna 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğul olur. 2007-ci ildən Qrinberq qalereyası ilə müştərək fəaliyyət göstərir. 2013-ci ildən World Press Photo təşkilatının münsiflər heyətinin üzvüdür[3].