Rüstəm bəy Mirzə Pənahəli oğlu Mirzəyev (1840, Şuşa – 1920, Bakı) — polkovnik, Azərbaycan Demokratik Respublikası dönəmində Bakı şəhərinin polismeystri, repressiya qurbanı.
Rüstəm bəy Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Rüstəm bəy Mirzə Pənahəli oğlu 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər məktəbini bitirmişdi. Çar ordusunda xidmət etmişdi.. İbtidai təhsilini atasından almışdı. Sonra qəza məktəbində oxumuşdu. Rüstəm bəy 1918–1920-ci illərdə ADR dönəmində Bakı şəhərinin polismeystri olmuşdu. Polkovnik rütbəsi almışdı.
Rüstəm bəy Mirzəyev 1920-ci ildə vəfat edib.
Rüstəm bəy Məlaikə xanım Feyzulla mirzə qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Əliş bəy, Vəliş bəy, Bəhmən bəy, Bəhram bəy adlı oğulları, Südabə xanım, Ziba xanım, Zivər xanım, Mənzər xanım adlı qızları vardı.
Qardaşı Astan bəy Mirzəyev Bayıl həbsxanasının rəisi olmuşdur. Qardaşların hər ikisi Türk Ədəmi Mərkəziyyət Partiyasının ilk üzvülərindən olmuşlar.[1] Gəncə şəhərində Zərrabi məhəlləsində anadan olmuşdur. Qardaşı kimi Yelizavetpol kişi gimnaziyasıda təhsil almışdır.