Rüstəm bəy Rüstəmbəyov

Rüstəm bəy Gülməmməd bəy oğlu Rüstəmov (1807, Şuşa1873, Şuşa) — Qarabağ bəyi, ştabs-kapitan.

Rüstəm bəy Rüstəmbəyov
Rüstəmbəyov Rüstəm bəy Gülməmməd bəy oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1807
Doğum yeri
Vəfat tarixi 1873
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi kapitan
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni "İgidliyə görə" qızıl qılıncı

Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir.

1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.

Sankt-Peterburqdan Qarabağa yoxlama gəlmiş, nəticə haqqında məruzə hazırlanmışdı. Xoşməramlı bəylər arasında onun və qardaşı Ağa bəyin adı göstərilmişdi.

Rüstəm bəy mülkədar idi. Kəranə kəndi onun mülkü idi.

  • Atası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov — 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi. 1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuş, lakin tutulmuşdu.Poruçik Gülməmməd bəyin tutulma nədəni: Özü Mehdiqulu хanın yanına qaçarkən yoldan qayıtmışdı. Tezliklə bağışlandı. Şəhər deputatları onu Moskvaya, çarın taczüzarlığına göndərdilər. Oğulları Rüstəm bəy və Ağa bəy də Mehdiqulu хanın yanına qaçarkən yolda yaralandılar. Onları yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirdilər.Gülməmməd bəy 1831-ci ildə Qarabağ atlı alayının başçısı (komandiri) idi. O, kapitan rütbəsi daşıyırdı.
  • Qardaşı Ağa bəy Gülməmməd oğlu Rüstəmbəyov
    • Qardaşı oğlu Zülfüqar bəy Ağa bəy oğlu Rüstəmbəyov
    • Qardaşı oğlu Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyov
    • Qardaşı oğlu Mahmud bəy Ağa bəy oğlu Rüstəmbəyov - Mahmud bəy Ağa bəy oğlu 1850-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu.1879-cu ildə Qazax qəzasında polis pristavı, 1880-ci ildə Cəbrayıl qəzasında sahə rəisi, 1881-ci ildə Cəbrayıl qəzasında polis pristavı,1883-cü ildən 1888-ci ilədək Şuşa qəzası polis idarəsində kargüzar, 1891-ci ildə Şuşa qəzasının Qacar kənd cəmiyyətində sahə pristavı, 1897-ci ildə Cəbrayıl qəzası Polis idarəsi rəisinin böyük köməkçisi vəzifələrində çalışmışdı.[1]
  • Qardaşı Həsən bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov
    • Qardaşı oğlu Hüseynəli bəy Həsən bəy oğlu Rüstəmbəyov — 1878-ci ildə Şuşa şəhərində anadan olub. Şəhərdə Qara Hüseynəli kimi tanınırdı. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbdə oxumuşdu. İrəvan Müəllimlər seminariyasını bitirmişdi. Hüseynəli bəy Rüstəmbəyov 1895-ci il sentyabrın 19-da Şuşada III dərəcəli xüsusi məktəb açmış, lakin məktəb cəmi bir ilə fəaliyyət göstərmişdi. İki sinifdən ibarət olan bu tipli məktəblərdə təhsil alan şagirdlər iki il ərzində mükəmməl olaraq, azərbaycan və rus dillərinə yiyələnirdilər. Şagirdlər əsasən kasıb və orta təbəqənin övladlarından ibarət idi. 2 dekabr 1920-ci ildə Şuşada ölmüşdür.
  • Qardaşı Abbasqulu bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov
  • Oğlu Abdulla bəy Rüstəm bəy oğlu Rüstəmbəyov — 1823-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Murov köməkçisi kimi xidmətə başlamışdı. Qaçaqların məhv edilməsində önəmli rol oynamışdı. Praporşik rütbəsi almışdı. Abdulla bəyin Fatma xanım adlı qızı vardı.
  • Oğlu Süleyman Rüstəm bəy oğlu bəy Rüstəmbəyov — 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmətə başlamışdı. Poruçik rütbəsi vardı. Süleyman bəy Rüstəmbəyov 1872-ci ildə Bakı qyberniyasının Cavad qəzasında rəis köməkçisi vəzifəsində çalışırdı. Süleyman bəy 1882-ci ildə vəfat edib. Süleyman bəyin Rüstəm bəy adlı oğlu, İmmi xanım adlı qızı vardı.
  • Ənvər Çingizoğlu, Qasım bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
  1. "Mahmud bəy Rüstəmbəyov  (rus.)". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.