Rəşadət Şərifov

Şərifov Rəşadət Rəşid oğlu 1989-cu il noyabr ayının 10-da Azərbaycan Respublikasının Zərdab rayonun Əlvənd Kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbə də doğulduğu kənddə getmiş və 2007-ci ildə oranı bitirərək Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Fizika və Astronomiya ixtisasına qəbul olmuş, 2011-ci ildə "Günəş spektrində Franhaufer xətlərinin qravitasiya sürüşməsi" adlı buraxlış işini müdafiə edərək bakalavr təhsilini başa vurmuş, Fizika və Astronomiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Bərk Cisimlər Fizikası Kafedrasının Bərk Cisimlər Fizikası ixtisasına magistrant kimi qəbul olmuşdur. Magistraturaya qəbul olduqdan sonra Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində 1 il müddətinə hərbi xidmət keçmişdir. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra magistratura pilləsində təhsilini davam etdirmiş və 2014-cü ildə "Spin-orbital qarşılıqlı təsirli nanoölçülü GaN kvant təbəqəsində işığın ikifotonlu udulması" adlı disertasiyasını müdafiə edərək Magistr dərəcəsi almışdır.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Şərifov R. R. Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından Fəlsəfə Doktoru proqramı üzrə Doktorantura pilləsinə qəbul edilmişdir. Hal hazırda Nano ölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir.

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Artıq illərdir ki, elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Rəşadət Şərifov Fizika, Riyaziyyat, Məntiq, İnformatika, GMAT dərsləri tədris edir. Yüzlərlə tələbənin universitetlərdə təhsilini davam etdirməsində əməyi olmuşdur. İdeya müəllifi olduğu magistrol.com online təhsil sistemindən istifadə edənlərin sayı isə minlərlədir. Bu online təhsil sistemində bütün istifadəçilərə açıq yüzlərlə faydalı məlumatlar yerləşdirilmişdir.

İştirak etdiyi yerli və beynəlxalq elmi konfranslar

[redaktə | mənbəni redaktə et]

1. Ümummilli lider H. Əliyevin 90 illikyubileyinə həsr olunmuş "Fizika və Astronomiya problemləri" mövzusunda VIII Respublika Elmi Konfransı (17 may , 2013)

2. Akademik B. M. Əsgərovun 80 illik yubileyinə həsr olunmuş " Fizikanın aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransı (6 dekabr,2013)

3. Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı (19 aprel, 2014) 4. Ümummilli lider H. Əliyevin 91 illikyubileyinə həsr olunmuş "Fizika və Astronomiya problemləri" mövzusunda Respublika Elmi Konfransı (22 may, 2014)

Çap olunmuş elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

2. Şərifov. R. R. "İnvers zonalı yarımkeçirici əsaslı silindirik kvant məftilində ikifotonlu udulma."

3. Şərifov. R. R. "Aşağı ölçülü yarımkeçirici sistemlərdə işığın udulması." Şərifov. R. R."Yarımkeçirici əsaslı silindrik kvant nöqtəsində işığın ikifotonlu udulması."