Rəşadət Əli oğlu Piriyev (1 oktyabr 1973, Yeni Daşkənd, Bərdə rayonu – 11 fevral 1994, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi döyüşçüsü, rabitəçi, şəhid.[1]
Rəşadət Piriyev | |
---|---|
Rəşadət Əli оğlu Piriyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1994 (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | itkin, şəhid |
Dəfn yeri | naməlum |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1994 |
Rütbə | Əsgər |
Döyüşlər |
Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.[2]
11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuş, Ağdam, Ağdərə, Laçın və Kəlbəcər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 21 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşdə qolundan və kürəyindən yaralanmışdır. Bacarıqlı rabitəçi operator və hərbi texnikaların zərərsizləşdirilməsi üzrə əməliyyatçı olmuşdur.[3]
Sıravi əsgər Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində şəhid olmuşdur. Məzarının yeri dəqiq məlum deyil.[4]
Subay idi.
EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Rəşadət Piriyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
2023-cü ildə tədqiqatçı-jurnalist Araz Yaquboğlu şəhid Rəşadət Piriyevin həyatı və döyüş yolundan bəhs edən "Rəşadətli Rəşadət" adlı kitab yazmışdır.[5]
1 oktyabr 2023-cü ildə doğulduğu Yeni Daşkənd kəndində 50 illik yubileyi keçirilmişdir.