Rəşad Abbasov (idmançı)

Abbasov Rəşad Ələsgər oğlu (25 iyun 1979, Mişni, Laçın rayonu) — Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatının (2007), ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən Dünya Qızıl Kubokunun, Fransada keçirilən Avropa çempionatının (2008) qalibi.

Rəşad Abbasov
Abbasov Rəşad Ələsgər oğlu
Doğum tarixi (44 yaş)
Doğum yeri Mişni Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti atlet

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşad Abbasov 1979-cu il iyun ayının 25-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1992-ci ildə Qaradağ rayon Sahil qəsəbəsində karate məşqlərinə başlayıb və 1993-cü ildən Süleyman Məmmədlinin rəhbərliyi altında Taekvondo ilə məşğul olub. 2001-ci ildən Hapkido idman növü ilə məşğuldur. 1998-ci ildən məşqçi müəllim işləyir.

2007-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatının, ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən Dünya Qızıl Kubokunun, 2008-ci ildə Fransada keçirilən Avropa çempionatının qalibidir.

Rəşad Abbasov həmçinin Almaniyada keçirilən Avropa kubokunun bürünc mükafatçısıdır.

Yetirmələrindən Cahid Tağızadə dünya çempionudur. Fuad Məmmədov Avropa kubokunun gümüş mükafatçısı, Elvin Şükürov və Sahil Xəlilov dünya çempionatının bürünc mükafatçılarıdır.

Ailəlidir, iki övladı var.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Laçın yurdu" jurnalı, № 1(1), Bakı, 2011, "Elm və Təhsil", 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]