Rəşad Heydər oğlu Sadıqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Rəşad Sadıqov | |
---|---|
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi | |
Vəzifədədir | |
20 fevral 2012-ci ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Firudin Nəbiyev |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi xidmət | |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir.[1][2] Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir.[3]
Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə[4], 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə[5], 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə[6], 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]