Firudin Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri[1].
Firudin Nəbiyev | |
---|---|
Firudin Hilal oğlu Nəbiyev | |
13 fevral 2012 – 23 aprel 2018 | |
Əvvəlki | Arzu Rəhimov |
Sonrakı | Vüsal Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1960 |
Doğum yeri | Dərələyəz, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | 3 avqust 2020 (59 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Atası | Hilal Nəbiyev |
Uşağı | 2 övladı var |
Rütbəsi |
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
|
|
Təltifləri |
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir[3].
16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir[4].
Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, iki övladı var.
Xidmət etdiyi dövrdə 6 medal[mənbə göstərin], 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuşdur.