Rəşid bəy Mirzə Məhəmməd bəy oğlu Əfəndiyev (25 dekabr 1880, Rusiya imperiyası – XX əsr) — Rusiya İmperator Ordusunun zabiti və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun polkovniki, hərbi xadim.
Rəşid bəy Mirzə Məhəmməd bəy oğlu Əfəndiyev | |
---|---|
Rəşid bəy Mirzə Məhəmməd bəy oğlu Əfəndiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1880 |
Doğum yeri | |
Vəfat tarixi | XX əsr |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Mirzə Məhəmməd bəy Əfəndiyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu |
Qoşun növü | piyada |
Rütbəsi | Polkovnik |
Döyüşlər | Birinci Dünya müharibəsi |
Təltifləri |
Rus arxivində olan sənəddə qeyd edilmişdir ki, o, müsəlmandır və atası Zaqatala okruqunun kollegial asessorunun oğlu olmuşdur. Ümumi təhsilini Bakı Real Məktəbində almışdır.
O, 1901-ci il avqustun 29-da Moskvadakı Aleksandr Hərbi Məktəbində sıravi rütbəli kursant kimi xidmətə daxil olub. Kolleci 1-ci kateqoriya üzrə bitirdikdən sonra 1903-cü il avqustun 10-da 10-cu Türküstan atıcı batalyonunda podporuçik rütbəsində xidmət etməyə başlamışdır. 1906-cı ilin 20 noyabrında poruçik rütbəsinə yüksəlmiş, 1911-ci ilin 5 noyabrında ştabs-kapitan rütbəsinə layiq görülmüşdür. 1 yanvar 1914-cü ildə general-adyutant K. P. fon Kaufmanın komandanı olduğu Türküstan korpusuna təyin edilmişdir.[1]
Müharibə başladıqdan sonra polku ilə birlikdə oraya göndərilmişdir. Müharibədə iştirakına görə III dərəcəli qılınc və lentlə bəzədilmiş "Müqəddəs Stanislav" ordeni, II dərəcəli "Müqəddəs Anna" ordeni (3 iyun 1915-ci ildə) ilə mükafatlandırılmışdır. 16 iyun 1915-ci ildə IV dərəcəli "Müqəddəs Anna" ordeni və "İgidliyə görə" medalı ilə mükafatlandırılmışdır.
6 iyul 1915-ci il tarixində Rusiya İmperator Ordusunda düşmənə qarşı döyüşlərdə fərqlənməyə görə verilən ən yüksək dərəcəli orden hesab edilən "Müqəddəs Georgi" ordeni ilə mükafatlandırılmışdır. O, bu zaman ştabs-kapitan idi və Türküstan korpusunun VIII atıcı alayında xidmət etməkdə idi:
ona görə ki, 1914-cü il sentyabrın 15-nə keçən gecə Loviç yaxınlığındakı döyüşdə ona həvalə olunmuş rota ilə Zdunı kəndinin şərq kənarı yaxınlığında düşmənin möhkəmləndirilmiş mövqeyinə hücum edərkən, yaxınlaşmalardan istifadə edərək, düşmən səngərinin 50 addımlığına qədər getmiş, süngü ilə hücum etmiş, bundan başqa özü şəxsən əlindəki tüfənglə atıcı düşmən pulemyotunun üstünə qaçmış və topçunu quyruqdan bir zərbə ilə yerə yıxaraq pulemyotu ələ keçirmişdir; pulemyotun qıfılını çıxarıb, onu və pulemyotu saxlanmaq üçün öz dəstəsinin atıcısına təhvil verərək, o vaxt atıcılarımızın süngü hücumunun artıq başladığı kəndə tərəf qaçmışdır.
19 sentyabr 1915-ci ildə o, kapitan rütbəsinə yüksəlmişdir. 24 mart 1917-ci ildə ordunun piyada bölməsinə yazılmaqla öz polkunu tərk etmişdir.
1919-cu ildən Rəşid bəy Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etməyə başlamışdır. O, II Zaqatala polkunun III piyada taborunun komandanı olmuşdur.[2] 26 avqust 1919-cu ildə yeni yaradılmış VI Göyçay polkunun II Piyada Diviziyasının komandanı təyin edilmişdir. Bundan sonra isə, VIII Ağdaş Piyada Polkuna komandanlıq etmişdir. O, Azərbaycan bolşeviklər tərəfindən işğal edilərkən Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda polkovnik rütbəsində xidmət etməkdə idi.[3]