Rəşid Abdullayev

Rəşid Abdulla oğlu Abdullayev (25 noyabr 1957, Qafan9 oktyabr 2020) — SSRİ çempionu, idman ustası, Ermənistan SSR Əməkdar məşqçisi (1987).

Rəşid Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1957(1957-11-25)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 2020(2020-10-09) (62 yaşında)
Karyera illəri 1979h. h.

Rəşid Abdullayev 1957-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qafan şəhərində pəhləvan Abdullanın ailəsində anadan olub. Az yaşlarından çıxışları zamanı atasının iki qolu üzərində 20 nəfər saxladığını, armaturları əydiyini, boynunda yoğun dirəyi sındırdığını və üstündən avtomobil keçdiyini görüb ona oxşamağa çalışırdı.

Yeniyetmə yaşlarından rayonda, respublikada ad qazandı. 1970-ci ildə, 12 yaşında SSRİ əmək ehtiyatları idman cəmiyyətinin çempionu oldu və xalq arasında onu "Rəşid pəhləvan" deyə çağırmağa başladılar.

1975-ci ildə Qafan şəhəri 4 №-li orta məktəbi bitirdi. 1976-cı ildə respublika ağır atletika yarışlarında iştirak edərək yeniyetmələr arasında Ermənistan çempionu oldu. Əsgəri xidmətdə ikən SSRİ Ordu Spartakiadasının çempionu, 1979-cu ildə isə hərbi xidmətdən qayıdan gənc pəhləvan ağırlıq qaldırma üzrə SSRİ çempionu və idman ustası adlarını qazandı.

Azərbaycan birinciliyində beş pudluq daşı sağ əli ilə 16 dəfə qaldıraraq həm də dünya rekordçusu oldu.

Dəfələrlə Ermənistan mətbuatı və televiziyası məşhur ata-oğul pəhləvanların möcüzəsindən yazırdı. 1982–1988-ci illərdə Rəşid pəhləvan daşoynatma üzrə, 70 kq çəki dərəcəsində Ermənistanın altıqat mütləq çempionu oldu. 22–24 noyabr 1985-ci ildə Rusiyanın Lipetsk şəhərində daşoynatma üzrə SSRİ ümumittifaq yarışlarında 70 kq çəki dərəcəsində SSRİ çempionu adını qazanır. 1987-ci ildə ona Ermənistan SSR Əməkdar Məşqçisi adı verildi.

Hazırda Rəşid pəhləvan Bakıda yaşayır.

  • SSRİ çempionu, 1985, Rusiya, Lipetsk şəhəri
  • SSRİ idman ustası, 1979, Moskva şəhəri
  • Ermənistanın mütləq çempionu, 1982–1988
  • Ermənistan SSR Əməkdar məşqçisi.
  • Sabir Cəlal oğlu Əsədov. "Zəngəzur qartalı". 1998, Bakı, Gənclik nəşriyyatı, İSBN-5-8020-1382-6.