Rəşid Məmmədov

Rəşid Cabbar oğlu Məmmədov (1972, Heydərli) — Yunanıstan Respublikasında ilk qeydiyyatdan keçən yeganə Azərbaycan təşkilatı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri.[1]

Rəşid Məmmədov
Rəşid Cabbar oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi (51 yaş)
Doğum yeri Heydərli, Quqark rayonu, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili O.M.Beketov adına Xarkov İqtisad Universiteti
İxtisası İdarəetmə
Fəaliyyəti Diaspor cəmiyyət sədri
Atası Cabbar Məmmədov
Uşaqları Salatın Məmmədli,Teymur Məmmədli

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Cabbar oğlu Məmmədov 25 avqust 1972-ci ildə Ermənistan SSR SSRİ Quqark rayonunun (Qarakilsə) Heydərli kəndində anadan olub. 1979-1987-ci illərdə Heydərli kənd orta məktəbində təhsil alıb. 1987-ci ildə Bakı şəhərinə köçüb. 1987-1989-cu illərdə Bakı şəhər indiki Xəzər rayonu 156 saylı riyaziyyat orta təmaül məktəbini bitirib. 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1999-2002-ci illərdə Daxili İşlər Nazirliyində çalışıb. 2003-cü ildən Yunanıstan Respublikasında yaşayır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailədir. iki övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafında rolu[redaktə | mənbəni redaktə et]

2011-ci ildən diaspor fəaliyyəti ilə məşğuldur. 2017-ci ildən Yunanıstan Respublikasında ilk qeydiyyatdan keçən yeganə Azərbaycan təşkilatı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Cəmiyyət Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafında cəmiyyət xüsusi rol oynayır. Rəşid Məmmədov Yunanıstanda Azərbaycan mədəniyyətini,tarixini və adət-ənənələrinin təbliğatı ilə bağlı bir sıra tədbirlər təşkil edib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb (FOTO)". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-24.
  2. "Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə tədbir keçirilib". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]