Rəşid Mahmudov (fizioloq)

Mahmudov Rəşid Mahmud oğlu (28 noyabr 1938, Kəsəmən, Gədəbəy rayonu) — tibb elmləri namizədi.

Rəşid Mahmudov
Doğum tarixi 28 noyabr 1938(1938-11-28) (85 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Fəlsəfə doktoru
İş yeri
Təhsili

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəşid Mahmudov 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.[1]

1952–1955-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsil almışdır. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1961-ci ildə təhsilini başa vuraraq Səhiyyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmiş və 1963-cü ilə qədər burada fəaliyyət göstərmişdir.

1963–1966-cı illər arasında Azərbaycan Dövlət Tibb İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında assistent kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim kimi çalışmışdır.

1983-cü ildə "Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1991-ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuda dosent təyin edilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Bu gün Rəşid Mahmudovun ad günüdür". 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.