Rəfiqə Şabanova

Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976).

Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı
Doğum tarixi (79 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı
Fəaliyyəti Həndbolçu
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı "Şöhrət" ordeni
SSRİ əməkdar idman ustası Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir[2].

XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975-1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Sports-Reference.com (ing.).
  2. "ŞABANOVA Rəfiqə Mahmud qızı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.