Rəfiq Ərduran (türk. Refik Erduran 13 fevral 1928-ci il Üsküdar, İstanbul, Türkiyə — 7 yanvar 2017-ci il Ədirnə[1], Türkiyə. Vəfatından iki gün sonra İstanbuldakı Zəncirliquyu qəbiristanlığında dəfn olunmuşdur.[2]) — Türkiyəli dramaturq, yazıçı, köşə yazarı. Otuz tamaşa yazmış və səkkiz kitab müəllifi olmuşdur. İyirmi il köşə yazarı kimi fəaliyyət göstərmişdir. Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən "Ən Uğurlu Dramaturq" və Türk Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən Uğurlu Yazıçı" adına layiq görülmüşdür. Dörd dəfə evli olmuş, dörd övlad atasıdır. Erduran Koreya müharibəsi dövründə hərbi tərcüməçi kimi xidmət etmişdir. 1986-2017-ci illər arasında Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin sədri olmuşdur.
Rəfiq Ərduran | |
---|---|
türk. Refik Erduran | |
Doğum tarixi | |
Doğum yeri | Üsküdar, İstanbul, Türkiyə |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Ədirnə, Türkiyə |
Dəfn yeri | İstanbul, Zəncirliquyu qəbiristanlığı |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Təhsili | Kornell Universiteti |
İxtisası | teatr tarixi |
Fəaliyyəti | dramaturq, yazıçı, felyetonçu[d] |
Fəaliyyət illəri | 1957-2017 |
Əsərlərinin dili | türk, |
İstiqamət | dramaturq, yazıçı, köşə yazarı |
İlk əsəri | "Dəli" |
Tanınmış əsərləri | "Bir kilo namus", "Çingiz xanın velosipedi" |
13 fevral 1928-ci ildə İstanbulun Üsküdar məhələsində Hüsaməttin Ərduran və həyat yoldaşı Rəfiqənin ailəsində anadan olmuşdur. Leyla adlı bir bacısı da var idi. Fransız dilini erkən yaşlarından milliyətcə fransız olan dayəsinin sayəsində öyrənmişdir.[3]
1947-ci ildə Robert Kollecini bitirdikdən sonra ABŞ-a getmiş və orada Kornell Universitetində teatr tarixi ixtisası üzrə təhsil almışdı. Türkiyəyə qayıtdıqdan sonra orduya çağrılmışdır. Könüllü olaraq Koreya müharibəsinə yollanmış və Türk Briqadasında tərcüməçi vəzifəsində xidmət etmişdir.[3]
1951-ci ildə Nazim Hikmətin Türkiyədən SSRİ-yə qaçmasına kömək etmişdir.[4]
7 yanvar 2017-ci ildə Ədirnədə həyatla vidalaşmışdır. İstanbulda Zəncirliquyu qəbiristanlığında dəfn olunmuşdur.
1957-ci ildə ilk pyesi "Dəli"ni (Deli) yazmışdır. Sonralar daha çox komediya və felyeton janrında otuzdan çox tamaşa yazmışdır. Rəfiq Ərduranın ən məşhur pyeslərindən bəziləri - "Bir kilo namus" (türk. Bir kilo namus, 1958) və "Çingiz xanın velosipedi"dir (türk. Çengiz hanın bisikleti, 1959). 1965-1985-ci illərdə Milliyət, Günəş, Meydan və Sabah[1] daxil olmaqla bir sıra nəşrlər üçün köşələr yazırdı. 8 kitabı nəşr edilmişdir.[3]
Rəfiq Ərduran 1995-ci ildə Bosniyaya getdi və Serbiya hücumlarına qarşı olduğunu göstərmək üçün bosniya müsəlmanlarından təşkil olunmuş "Qara Qu quşu" xüsusi qüvvələrinə qoşuldu. Orada şahid olduğu hadisələr gündəlik "Milliyət" qəzetində yayımlanırdı. Sonradan bu silsilə yazılar "Bosniya Samurayları" (Bosnalı Samuraylar) adlı bir kitab şəklində dərc olundu.[3]
Ərduran 1986-cı ildən başlayaraq, Birləşmiş Millətlər Təşkilatının nəzdində olan və UNESCO-ya bağlı qısa adı İTİ olan Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin prezidenti olub. Haldun Tanerin ölümündən sonra bu vəzifəni öz üzərinə götürən Ərduran, eyni təşkilatın 1989-cu ildə Helsinki şəhərində keçirilmiş Dünya Konqresində Beynəlxalq Yazıçılar Komitəsinin sədri seçilmişdi.
Ölümünə, 2017-ci ilə qədər Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin sədri olub.
Rəfiq Ərduran dörd dəfə rəsmi evli olmuşdur. İlk həyat yoldaşı Nazim Hikmətin ögey bacısı Melda Kalyoncu ilə evllikdən 1953-cü ildə Murat adlı oğulu dünyaya gəlmişdir. Bu evlilik beş il davam etmişdir. 1958-ci ildə jurnalist Leyla Ömərlə ailə qurmuşdur. Cütlük iki il sonra boşanmış, lakin 1977-ci ilə qədər birlikdə yaşamağa davam etmişdilər. 1992-ci ildə Rəfiq Ərduran Sevim Tulay Günger ilə evləndi və cütlük beş il sonra boşandı. 1997-ci ildə Ərduran üçüncü arvadı Pınar Duyqunun (1965-ci il təvəllüdlü) qızı ilə evləndi. 1997-ci ildə Duyqu bir oğul, 2002-ci ildə əkiz uşaq dünyaya gətirdi. 2003-cü ilin fevralında məhkəmə qərarı ilə bu nikah ləğv edildi.[3][5] [6]