Rəhilə İbadova — Azərbaycanlı aktrisa;
Rəhilə İbadova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | Aktrisa |
Təhsili |
1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən 2006-cı ildə həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını (ümumilikdə 27 tamaşa) oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib.[1] Həbsdən azad edildikdən sonra işinə qaytarılan aktrisa[2] 2020-ci ildə həm 70 yaşı tamam olduğu üçün, həm də səhhətinə görə işdən azad edilməsini xahiş edib.[3]
16 yaşında ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.[1] Əməkdar artist Firuzə İbadovanın bacısıdır.[4]
2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib. Cəza çəkdiyi dövrdə həbsxanadakı dram dərnəyinin rəhbəri olmuşdur. 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.[5]