Rəhim Dadaşov

Rəhim Möhübbət oğlu Dadaşov (7 yanvar 2003; Sumqayıt, Azərbaycan23 dekabr 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəhim Dadaşov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt şəhəri, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Laçın rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2021
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəhim Möhübbət oğlu Dadaşov 7 yanvar 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayon Qıraq Müşlan kəndindəndir. Ailənin bir övladı olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Rəhim Dadaşov 2021-ci ildə yanvar ayında hərbi xidmətə yola düşüb.

23 dekabr 2021-ci il Laçın rayonu istiqamətində ermənilərin açdığı snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Dadaşov Rəhim Möhübbət oğlu şəhid olub.

Onun nəşi 24 dekabr 2021-ci ildə doğulub boya başa çatdığı Sumqayıt şəhərinə gətirilib və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sabaha-İnamla.az. "Sumqayıtda şəhid Rəhim Dadaşovun ildönümü keçirilib-VİDEO+FOTOLAR" (az.). Sabaha-İnamla.az. 26.12.2022. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.