Rəhim Hüseynzadə (jurnalist)

Rəhim Məmməd oğlu Hüseynzadə (15 dekabr 1951, Kirovabad) — Azərbaycanlı jurnalist, Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibi. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Rəhim Hüseynzadə
Rəhim Məmməd oğlu Hüseynzadə
Doğum tarixi 15 dekabr 1951(1951-12-15) (72 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1973-cü ildən
Mükafatları "Qızıl qələm" mükafatı — 1985"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005

Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958–1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib

1973–1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977–1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb.

1992–1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib-- Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib.

Rəhim hüseynzadə 2004-cü ildən 2017-ci ilə kimi Mətbuat Şurasının icraçı katibi çalışıb. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədridir.

Rəhim Hüseynzadə milli jurnalistikamızın inkişafında göstərdiyi xidmətlərə görə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.[1]