Rəhim Kazımbəyov (1883, Naxçıvan – 1958, Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu.[1]
Rəhim Kazımbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan |
Dəfn yeri | Naxçıvan |
Fəaliyyəti | pedaqoq |
R. Kazımbəyov 1897-ci ildə Baş Noraşen ikisinifli məktəbini bitirdikdən sonra əvvəlcə İrəvan gimnaziyasında, daha sonra da 1903–1908-ci illərdə Qori Seminariyasında təhsil almışdır (5). Rəhim Kazımbəyovun Qoridə oxuduğu illərə dair xatirələrini akademik İsa Həbibbəyli əldə edərək ilk dəfə onu öz məqaləsində vermişdir. Seminariya haqqında təsəvvürləri genişləndirmək baxımından həmin xatirələrdən bir parçanı bir daha oxuculara çatdırmaqda fayda görürük: "Mən seminariyada 5 il oxudum. Bu beş ilin ikisi hazırlıq, üçü isə əsas siniflərdə keçdi. Bütün fənlər rus dilində tədris olunurdu. Yalnız həftədə bir saat şəriət dərsi keçirilirdi. Bu fənni iki müəllim aparırdı: Birincisi hazırda Məmməd adlı oğlu ADU-nun (indiki BDU) fizika-riyaziyyat kafedrasında professor olan, ikincisi isə, özünün maarifçilik sahəsində əsərləri ilə tanınmış Firudin Köçərli idi"(5). R. Kazımbəyovun xatirəsində həmçinin Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Azad Əmirovun seminariyada təhsil aldıqlarından Üzeyirin və Müslümün mahir skripka çaldıqlarından danışılır.
Rəhim Kazımbəyov Qoridən qayıtdıqdan sonra 1908-ci ildə indiki Şərur rayonunun Qıvraq kəndində, daha sonra Şərurda, Naxçıvanda orta məktəblərdə və pedaqoji texnikumda rus dili müəllimi kimi fəaliyyət göstərmiş və "Azərbaycan məktəblərində rus dilinin tədrisi" adlı metodik kitabça da yazmışdır.
R. Kazımbəyov, Naxçıvan maarif və mədəniyyətinin, təhsilinin inkişafında xidmətlərinə görə 1944-cü ildə ona Əməkdar müəllim adı verilmiş, 1957-ci ildə isə Naxçıvan MR Ali Sovetinin Fəxri Fərmanı verilmişdir.