Müslüm Maqomayev (bəstəkar)

Bu məqalə bəstəkar Müslüm Maqomayev haqqındadır. Müğənni Müslüm Maqomayev üçün Müslüm Maqomayev (müğənni) səhifəsinə baxın.

Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı28 iyul 1937[1], Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır.

Müslüm Maqomayev
Ümumi məlumatlar
Doğum tarixi 6 (18) sentyabr 1885
Doğum yeri
Vəfat tarixi 28 iyul 1937(1937-07-28)[1] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri Fəxri Xiyaban
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, pedaqoq, dramaturq
Fəaliyyət illəri 1912-ci ildən
Janr opera
Təhsili
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı.

İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır. O, həmçinin üç yüzə yaxın Azərbaycan xalq rəqslərinin, mahnılarının və digər melodiyalarının simfonik şərhinin müəllifidir. Maqomayevin əsərlərində Azərbaycanın milli incəsənətinin təsiri izlənilə bilər.

Müslüm Maqomayev 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib.

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]
Müslim (solda) öz anası və qardaşı ilə

Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində (bəzi mənbələrə görə isə atasının emalatxanası qədim İçəribazar məhəlləsində yerləşir) dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində dəmirçi ailəsində anadan olmuşdur.[2][3][4][5][6]

Ailədə musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır.[7] Əbdülmüslümün ilk musiqi müəllimi onun böyük qardaşı Məhəmməd idi. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən, Müslüm məktəb orkestrinin başçısı olub və həmçinin rəqs dərsləri tədris edirdi.[8] Rəsmdə uğur qazanmaq üçün məktəbin rəhbərliyi gəncin Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif etdi, lakin ailənin maliyyə durumu buna imkan vermədi. Gələcək bəstəkar, 1900-cü ildə Qroznı şəhər məktəbin məzunu oldu.[9] 1897–1899-cu illərdə Qroznı şəhər ikiillik məktəbində oxumuşdur.

Müəllimlik illəri

[redaktə | mənbəni redaktə et]
Qori seminariyasının tələbələri arasında, 1904-cü il

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur.[9] Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalırdı. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilirdi. Simfonik orkestrin baş ifaçısı olan M. Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi.[10] Tələbəlik illərində o, Qafqazyanı xalq yaradıcılığı ilə maraqlanır,[11] Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürülüb xor üçün tərtib etmişdir. 1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində onun folklor yazıları nümayiş etdirilmişdir. Burada o, öz ilk musiqi əsərləri yazmışdı: "Xəyallar" valsı, "Seminarçı" mazurkası və s.[12][11]

Maqomayev 1904-cü ildə[3] seminariyanı uğurla bitirdiyinə görə skripka[13] və pul mükafatı[14] alır. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1904–1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışmış, şagird xoru təşkil etmişdir. 1905-ci ildən etibarən o, Lənkəranda indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllimlik etməklə məşğul olur.[15] Lənkəranda müəllimlik etməklə yanaşı nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir. Abdül-Müslimin Lənkəranda fəaliyyəti bu şəhərdə mədəniyyətin inkişafına mühüm töhfə vermişdir və Lənkəran teatr qrupunun çıxışları "Bakı" qəzetinin "Müsəlman Həyatı" məqaləsində qeyd olundu.[16] 1909-cu ildə Tiflis Pedoqoji İnstitutunda müvəffəqiyyətlə imtahan verərək şəhər məktəblərində müəllimlik etmək hüququ almışdır.

1911-ci ildə Maqomayev Bakı şəhərinə köçdü və burada şəhər kollecində işə başladı. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərin savadlılığına öyrətdiyi axşam kurslarını təsis etdi.[17]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə əməkdaşlıq etməyə başladı. Müsəlman opera truppasının yaratdığı Azərbaycan musiqili teatrının orkestrində, Maqomayev skripkada çalmağa başladı.[18] Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edir. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagojı fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırır.

Müslüm Maqomayev teatrın rəhbəri və baş dirijoru olmaqla yanaşı, həmçinin bəstəkarlıq sahəsində də fəaliyyət göstərirdi. 1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başladı.[19] 1913–1914-cü illərdə "Məhəbbət" adlı (bitməmiş) opera yazmışdır.[20] O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirdi.[21] Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə etmişdir. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları var idi, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanırdı. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə etmişdir. Opera üzərində bəstəkar çox işləmişdir. Hər dəfə improvizasiya üsulundan uzaqlaşaraq xorlar, ariyalar, rəqslər əlavə edirdi ki, bu da onun bir daha klassik opera formasına uyğunlaşmasına imkan yaradırdı. Operanı redaktə edərkən Azərbaycan xalq musiqisinin toplayıb ilk dəfə nota salmışdır. Əsərin premyerası 1916-cı ilə nəzərdə tutulsa da, lakin planlaşdırılmış tarixdən qısa bir müddət əvvəl Tağıyevin Dram Teatrın binası yandı.[22] "Şah İsmayıl" operasının ilk tamaşası 20 mart 1919-cu ildə keçirildi. 1914–1915-ci illərdə Bakıda müsəlman opera truppasını yaratmış və ona rəhbərlik etmişdir. 1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilir. O, 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib və bu vəzifədə 1931-ci ilə qədər qalıb.[23]

"Şah İsmayıl" operasının quruluşundan sonra. Bakı

Müslüm Maqomayev 1927-ci ildə Üzeyir HacıbəyovZülfüqar Hacıbəyov ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləmişdir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Talış xalq mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur. O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələmişdir. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirirdi. "Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edir.[24] 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlamışdı, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənmiş və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv etmişdir.

Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edir. Bəstəkar opera üzərində 1932–1935-ci illərdə işləmişdir. "Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutur. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.[25]

Əbdülmüslüm Maqomayev həyat yoldaşı ilə, 1906-cı il

Maqomayevin iki qardaşı və üç bacısı var idi. Onun həyat yoldaşı Baydıgül Terequlova (opera müğənnisi Hənəfi Terequlovun bacısı) idi.[26] Müslüm Maqomayevin iki oğlu var idi: CamaləddinMəhəmməd. Cəmaləddin Maqomayev Azərbaycan SSR Nazirlər Sovetinin sədrin müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur. 1953–1957-ci illərdə Azərbaycan SSR Sənaye naziri vəzifəsində çalışmışdır.[27] Məhəmməd Maqomayev teatr rəssamı, multiplikator olmuş, İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanmış, 24 aprel 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuşdur. Məhəmməd Maqomayev və onun həyat yoldaşı Ayşətin oğlu — Müslüm Maqomayev, SSRİ xalq artisti, müğənni və bəstəkar olmuşdur.[28]

Musiqi töhfələri

[redaktə | mənbəni redaktə et]

Əbdülmüslüm Maqomayev 15 yaxın simfonik əsərlərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın müəllifidir. O, həmçinin azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü — "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediya. Bundan əlavə, Maqomayev teatr tərtibatına ("Ölülər", "1905-ci ildə") və filmlərə ("Azərbaycan incəsənəti", "Raport veririk") musiqi müşayiətinin müəllifidir.

Maqomaevin "Nərgiz" operası klassik musiqi və səhnə forması üzərində qurulan ilk Azərbaycan operası sayılır. Maqomayev və Hacıbəyovun əvvəlki operaları müəyyən dərəcədə muğamdır.[29] Maqomayev geniş kütlə arasında yayılmış mahnıların ilk müəlliflərindən biridir.[2]

Maqomayev Çeçen, Azərbaycan və digər Qafqaz folklorunun toplanması və sistemləşdirilməsi ilə məşğul olmuşdur. O, Azərbaycan folkloruna xüsusi diqqət yetirmişdir. Üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqsinə simfonik işlənməsi Maqomayeva aiddir, bəziləri 1927-ci ildə "Azərbaycan Xalq Mahnıları" yığmada dərc edilmişdir. Yığmada Magomayev və Hacıbəyovun həm xalqın əsərləri daxildir.[30].

"Nərgiz" operası SSRİ-nin poçt markasında
Operalar
Musiqili komediya
Balet
İnstrumental
  • Simfonik əsərləri — Azərbaycanda ilk dəfə
  • "Ceyran" rapsodiyası
  • "Azərbaycan çöllərində"
  • "Azad olunmuş Azərbaycan qadınının rəqsi"
  • "Dərviş"
  • "Marş RV-8"
  • "Şəlalə"
Mahnılar
  • "Yaz"
  • "Neft"
  • "May"
  • "Tarla"
  • "Gözəlim"
  • "Durna"

Xatirəsi və mükafatları

[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Bəstəkar Üzeyir Hacıbəyovla eyni ildə və eyni gündə anadan olmuşdur.

  1. 1 2 Muslim Magomayev // Musicalics (fr.).
  2. 1 2 Музыкальная энциклопедия, 1976
  3. 1 2 Советские оперы, 1982. səh. 411
  4. Исмаилова, 1975. səh. 4
  5. Müslüm Maqomayev // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  6. "Магомаев Абдул-Муслим Магометович". Международный Объединенный Биографический Центр. 2016-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-12.
  7. Мешаненкова, 2013. səh. 10
  8. Магомаев, 1999. səh. 10
  9. 1 2 Исмаилова, 1975. səh. 5
  10. Гаджибеков, 1938
  11. 1 2 Исмаилова, 1975
  12. Аббасов, 1952
  13. Магомаев, 1999. səh. 11
  14. Исмаилова, 1975. səh. 11
  15. Исмаилова, 1975. səh. 12
  16. Советские оперы, 1982. səh. 412
  17. Исмаилова, 1975. səh. 13—14
  18. Исмаилова, 1975. səh. 14
  19. Исмаилова, 1975. səh. 17
  20. 1 2 "Arxivlənmiş surət" (PDF). 2016-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-10.
  21. Абасова Э. Г. "Муслим Магомаев-старший". Belcanto.ru. 6 yanvar 2011. 12 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2016.
  22. Гусейнова, 1998
  23. "Магомаев Абдул-Муслим Магометович". Международный Объединенный Биографический Центр. 12 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  24. Mədəniyyət TV. "18 sentyabr bəstəkar Müslüm Maqomayevin də doğum günüdür" (az.). Youtube.com. 18.09.2023. İstifadə tarixi: 2023-09-19.
  25. "Выдающийся певец, народный артист СССР Муслим Магомаев похоронен в Аллее почетного захоронения". Azəri Press Agentliyi. 29 oktyabr 2008. 2017-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  26. Мешаненкова, 2013. səh. 13
  27. Депутаты ВС СССР, 1970. səh. 265
  28. "Светлой памяти великого композитора посвящается". Муслим (интернет-журнал). 12 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  29. Музыкальный энциклопедический словарь, 1990, Азербайджанская музыка
  30. Григорьев, Платек, 1981. səh. 181
  31. "Jeni „Nərgiz‟ operasьnьn yaradьlmasь haqqьnda ASŞC Xalq Qomissarlarь Şurasьnьn 1936-nçь il 13 janvar tarixli qərarь". № 10 (4637). Qommunist. 14 janvar 1936. səh. 4.
  32. "Tarixi". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 11 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.
  33. Müslüm Maqomayevin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli Sərəncamı Arxivləşdirilib 2020-03-31 at the Wayback Machineanl.az saytı
  • Карагичева Л. В. Азербайжданская ССР. Музыкальная культура союзных республик (2-ci nəşr). М.: Государственное музыкальное издательство. 1956. səh. 100.
  • Союз композиторов СССР. Советские композиторы: краткий биографический справочник. М.: Советский композитор. tərtibatçı Г. Б. Бернандт, А. Н. Должанский. 1957. səh. 695.
  • Депутаты Верховного Совета СССР. VIII. Известия Советов депутатов трудящихся СССР. 1970.
  • Исмаилова Г. А. Муслим Магомаев (1-ci nəşr). Баку: Азербайджанское государственное издание. Л. В. Карагичевой. 1975. səh. 64.
  • Григорьев Л. Г., Платек Я. М. Советские композиторы и музыковеды: справочник в трёх томах. 2: К — Р. М.: Советский композитор. 1981. səh. 416.
  • Абдул Муслим Магометович Магомаев // Советские оперы: краткое содержание. М.: Советский композитор. tərtibatçı А. М. Гольцман. 1982. səh. 672.
  • Музыкальный энциклопедический словарь (150 000 nüs.). М.: Советская энциклопедия. Baş redaktor Г. В. Келдыш. 1990. səh. 672. ISBN 5-85270-033-9.
  • Магомаев М. М. Мотивы детства // Любовь — моя мелодия. Мой 20 век. М.: ВАГРИУС. 1999. ISBN 5-264-00001-8.
  • Гешаев М. Б. Знаменитые чеченцы. 1 (2000 nüs.). Седа. 1999. səh. 644.
  • Эстрада России, XX век: энциклопедия. М.: ОЛМА Медиа Групп. отв. ред. Е. Д. Уварова. 2004. səh. 861. ISBN 5-224-04462-6.
  • Мешаненкова Е. Муслим Магомаев. Биография. М.: Издательство АСТ. 2013. səh. 431. ISBN 978-5-457-40567-7.
  • Академия наук Чеченской республики. История Чечни с древнейших времён до наших дней в четырёх томах. III. История Чечни XIX в (5 000 nüs.). Грозненский рабочий. Я. З. Ахматов. 2013. səh. 654.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]