Rəhimulla Dadaş oğlu İsmayılov

Rəhimulla Dadaş oğlu İsmayılov (2 mart 1962, Qızılağac, Salyan rayonu17 sentyabr 2021, Bakı) — Texnika sahəsi üzrə fəlsəfə doktoru, neftçi-alim

Rəhimulla İsmayılov
Rəhimulla Dadaş oğlu İsmayılov
Doğum tarixi 2 mart 1962(1962-03-02)
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 2021(2021-09-17) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri Alçalı, Salyan
Vətəndaşlığı
Həyat yoldaşı İsmayılova Nəzakət Bilal qızı
Uşaqları İsmayılzadə Nicat Rəhimulla oğlu,
İsmayılzadə Minaxanım Rəhimulla qızı
Elmi dərəcəsi texnika sahəsi üzrə fəlsəfə doktoru
Elmi adı neftçi-alim
Təhsili
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Rəhimulla Dadaş oğlu İsmayılov 2 mart 1962ci ildə Azərbaycan Respublikası, Salyan şəhəri, Qızılağac kəndində anadan olmuşdur.Orta məktəbi doğulduğu kənd məktəbində bitirən R.İsmayılov 1979–1984-cü illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (Halhazırda Azərbaycan Dövlət Neft Akadəmiyasının Qaz-Neft Mədən fak.) Qaz Neft Mədən fakültəsinin qaz, qaz-kondensat yataqlarının istismarı, işlənməsi, texnologiyası və kompleks mexanikləşdirilməsi üzrə tam kursu bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti

R.İsmayılov əmək fəaliyyətinə 2 oktyabr 1984-cü ildə Sov.İKP XXII qurultayı adına İstehsalat Birliyinin (hal-hazırda "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi) 1 saylı Neftqazçıxarma sexində neftqazçıxarma operatoru kimi başlayıb. Çox keçməmiş quyuların tədqiqatı üzrə usta keçirilmişdir. İşlənmənin son mərhələsində olan "Neft Daşları" yatağında neft quyularında tədqiqat işlərinin aparılmasında Rəhimulla İsmayılovun böyük əməyi olub. 1986–90-cı illərdə neftqazçıxarma ustası, mədən müdirinin müavini işləmiş və bununla da "Neft Daşları" yatağının V blok Şimal-şərq qanadının işlənməsi və istismarı üzrə kompleks məsələlərin həllində yaxından iştirak etmişdir. 1991-ci ildə R.Ismayılova Neftqazçıxarma idarəsinin "idarə aparatı"nda ətraf mühitin mühafizəsinə rəhbərlik həvalə olunur. 1992–1993cü illərdə "neftqazçıxarma və nəqli" istehsalat şöbəsində mühəndis, şöbə rəisinin müavini vəzifələrində işləyib. İşlədiyi müddət ərzində "Azneft" İstehsalat Birliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələri ilə, o cümlədən şöbələri ilə müştərək layihələrin işlənməsi və tikintisində yaxından iştirak edib.1993–2005-ci ildə Rəhimulla ismayılov "Neft Daşları" NQÇİ-nin 4 saylı neftqazçıxarma sexində rəis vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Rəhimulla müəllim "Azneft" IB-nin "28 May" NQÇİdə baş mühəndis işləyib. Onun rəhbərliyi ilə quyuların qazlift istismarı çoxsəviyyəli avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilib. Rəhimulla İsmayılov tutduğu vəzifələrdən asılı olmayaraq elmi kadrların hazırlanmasında məhsuldar fəaliyyət göstərib. 2008–2009-cu illərdə "Azneft" IB-nin "Qum adası" NQÇİ-də Mərkəzi Mühəndis Texnoloji Xidmətin rəis müavini vəzifəsində işləyib. Son illər ARDNŞ-in "Neft-qaz elmi tədqiqat layihə" İnstitutunun "Təcrübə və sınaq" şöbəsinin rəisi vəzifəsində işləyib.

Elmi fəaliyyəti

İstehsalatdan ayrlmadan 2005-ci ildə namizədlik dissertasiya işini başa çatdırır. Elmi fəaliyyətinin əsas istiqamətləri qazlift istismarı üçün əsas texnoloii sxemlərin işlənməsi, kompüter proqramlarından istifadə etməklə alçaq təzyiqli lay şəraitində quyuların boru arxası fəzadan işə salınmasının mümkünlüyü və yüksək dərinliyə malik qazlift quyularında maye qaz qarışdırıcılarının tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi olub. Onun işə töhflərindən biri də quyuya vurulan qazın parametrlərindən istifadə etməklə kompüter proqramlarının vasitəçiliyi ilə quyularda lay və quyu dibi təzyiqlərinin təyin edilməsinin dəqiqləşdirilməsi olub. Təkcə onu qeyd etmək kifayətdir ki, onun təklif etdiyi texnoloji proseslərlə "Azneft" Istehsalat Birliyinin mədənlərində minə qədər quyu əməliyyatları aparılmış və min tonlarla neft hasil olunmuşdur. R.İsmayılov 15 elmi-texniki əsərin və bir neçə elmi ixtiranın müəllifidir.

Dissertasiya

Dəniz neft yataqlarında quyuların qazlift istismarının səmərəliliyinin artırılması üçün yeni texnologiyaların işlənməsi və tətbiqi- Elmi rəhbər t.e.d.professor Ə.B.Süleymanov , t.e.d.professor M.Z.Kərimov http://www.millikitabxana.az/dissertations/yataq?l=%C4%B0

Mükafatlar

İstinadlar

1.İki Sahil qəzeti 1 mart 2012 buraxılış

2. Dissertasiya http://www.millikitabxana.az/dissertations/yataq?l=%C4%B0

3. Tərəqqi medalı sərəncam https://e-qanun.az/framework/43552

4. İxtiralar 2009. https://patent.copat.gov.az/_files/Ixtira_2009_01.pdf