Rəhman İsmayılov (şair)

İsmayılov Rəhman Heydər oğlu - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cavid Həsənovun babası.

Rəhman İsmayılov
İsmayılov Rəhman Heydər oğlu
Doğum tarixi (77 yaş)
Doğum yeri Alçalı, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ

Rəhman İsmayılov 1947-ci il aprel ayının 2-də Kəlbəcər rayonunun Alçalı kəndində dünyaya gəlmişdir. 1953-cü ildə Kilsəli kənd məktəbinin 1-ci sinfindən təhsilini başayıb 1960-cı ildə 7-ci sinfi bitirdikdən sonra 1964-cü ildə Kəlbəcər rayonunun 11 illik məktəbini bitirib.

Gəncə Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir (1964-1968). Təyinatla Kəlbəcər rayon Kilsəli kənd orta məktəbinə müəllim göndərilmişdir. 1969-cu ildə hərbi xidmətə getdikdən sonra müəllimlik fəaliyyətini yenidən Kilsəli kənd 8 illik məktəbində davam etdirmişdir.

Pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə 1973-cü ildə Xanlar rayonuna müəllim təyin olunmuşdur.

İşlədiyi müddətdə rayon təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. O cümlədən Təhsil Nazirliyi tərəfindən ,,Respublika Xalq Maarif əlaçısı", ,,Baş Müəllim", ,,Metodist" adlarına layiq görülüb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hələ orta məktəb illərindən şeir yazmağa, bədii yaradıcılığa başlayan şairin 2002-ci ildə Azərbaycan nəşriyyatı tərəfindən "Dağlar Ürək Dağımdı" adlı şeir kitabı işıq üzü görmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirlərindən nümunələr bir neçə kitabda çap olunmuşdur.