Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi.
Rəhman Atakişiyev | |
---|---|
Rəhman Atakişiyev Müseyib oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Cəfərli, İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Müseyib Atakişiyev |
Milliyyəti | azərbaycanlı |
İxtisası | geologiya |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | 1968-2008 |
Elmi dərəcəsi |
Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.[1]
1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur. O, ilk dəfə olaraq orta Kür çökəkliyində Xəzər yaşlı filin bivini (dişini) və digər sümük qalıqlarını tapmışdır. Paleocoğrafiya elminin ayrı-ayrı sahələrinə aid 45-dən çox elmi məqalənin müəllifidir.[2]