Rəhman Teymur oğlu Hadıyev (29 yanvar 1949, Balaxanı, Bakı) — Azərbaycan rəssamı
Rəhman Teymur oğlu Hadıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Bakı, Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Üzvlüyü | Avropa Rəssamlar İttifaqı (2001) |
rahmangadiev.de |
Rəhman Teymur oğlu Hadıyev 1949-cu il yanvarın 29-da Bakının Balaxanı qəsəbəsində anadan olub. 1966-1971-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini təhsil alıb. 1999-cu ildən Almaniyanın Hamburq şəhərində yaşayır.[1]
Onun mozaika əsərləri Bakıda “Aynur” məişət evinin, Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərinin, Salyandakı şahmat məktəbinin divarlarını bəzəyir.
1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[2]
2001-ci ildən Avropa Rəssamlar İttifaqının üzvüdür.
İndiyə kimi əsərlərindən ibarət 20-dən çox kataloq nəşr etdirmişdir. ABŞ, Kanada, Fransa, İngiltərə, Macarıstan və Türkiyədə fərdi sərgiləri olmuşdur.[3]
Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı)
Azərbaycan rəssamlarının siyahısı