Rəhman Mustafayev (diplomat)

Rəhman Sahib oğlu Mustafayev (26 sentyabr 1963[2][3], Bakı) — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri (2024),[4] Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri (2022–2024)

Mustafayev Rəhman Sahib oğlu
bayraq
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
01 oktyabr 2024-cü ildən
ƏvvəlkiPolad Bülbüloğlu
Azərbaycan Respublikasının Niderland krallığında fövqəladə və səlahiyyətli səfiri
17 oktyabr 2022 – 01 oktyabr 2024
ƏvvəlkiFikrət Axundov[1]
Azərbaycan Respublikasının Fransada fövqəladə və səlahiyyətli səfiri
23 iyun 2017 – 17 oktyabr 2022
SonrakıLeyla Abdullayeva
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1963(1963-09-26)[2][3] (61 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Xidmətlərə görə" ordeninin cəngavər dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.[5]

1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.[5]

1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur.[5]

1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.[5]

1994–1997-ci illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.[5]

1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.[5]

2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.[5]

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.[5]

İngilis, fransız, rus və ərəb dillərini bilir.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır[6].

Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri (23 iyun 2017 – 17 oktyabr 2022)[7][8].

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri çalışıb(17 oktyabr 2022 – 01 oktyabr 2024-cü i)l[4].

1 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib

  1. "F.F.Axundovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
  4. 1 2 "R.S.Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
  5. 1 2 3 4 5 6 7 8 Prezidentin səfir təyin etdiyi Mustafayev kimdir? — DOSYE Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine. azvision.az, 23.06.2017 (az.)
  6. "R. S. Mustafayevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında" Arxivləşdirilib 2018-04-02 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı. president.az  (az.)
  7. "R. S. Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı. president.az  (az.)
  8. "R.S.Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.