Bu məqaləni vikiləşdirmək lazımdır. |
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006–h. h.), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017),[1] TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi.[2]
Polad Bülbüloğlu | |
---|---|
Vəzifədədir | |
30 yanvar 2006-cı ildən | |
Əvvəlki | Ramiz Rizayev |
5 fevral 1991 – 30 yanvar 2006 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əbülfəs Qarayev |
26 dekabr 1988 – 5 fevral 1991 | |
Əvvəlki | Zakir Bağırov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum adı | Polad Murtuza oğlu Məmmədov |
Doğum tarixi | 4 fevral 1945 (79 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | bəstəkar, müğənni, aktyor, diplomat |
Atası | Bülbül |
Anası | Adelaida Məmmədova |
Dini | islam |
|
|
Təltifləri |
Azərbaycanda ilin adamı mükafatı (2009) |
Vikianbarda əlaqəli mediafayllar |
Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.[3]
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin — ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.[4]
2005-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib.[5]
3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[6]
18 may 2016-cı ildə məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.[7]
2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.[8] 2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[9]
2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.[10]
1995-ci ildə Polad Bülbüloğlunun 50 illik yubileyinə Tofiq İmirli tərəfindən "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal olunmuş Zirvəyə gedən yol adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |