Rəmzi Nafi və ya Rəmzi Nafi Rəşid Ağa (kürd. ڕەمزی نافیع ڕەشید ئاغا/Remzî Nafî' Reşîd Axa; 1917 – 1949) — İraq siyasi xadimi, kürd milliyətçisi. O, 1943-cü ildə, İkinci Dünya müharibəsi zamanı İraqda Britaniya mandatını sarsıtmaq daşıyan uğursuz əməliyyatda Almaniya hərbi kəşfiyyatı "Abver ilə əməkdaşlıq etmişdir. Britaniya işğalına qarşı üsyanı qızışdırmaq müqabilində Rəmzi Nfiyə Adolf Hitlerdən muxtar kürd milli dövlətinin qurulmasında kömək vəd edilmişdi. Rəmzi Nəfinin nasional-sosialist ideologiyasının nümayəndəsi olub-olmaması və ya nasist rejimi ilə əməkdaşlığının Kürdüstanın müstəqilliyi məsələsində sırf fürsətçi xarakter daşımağı ilə bağlı müzakirələr davam edir. Uğursuz "Mamont" əməliyyatında əsas rol oynadığına görə Rəmzi müasir kürd tarixində bəziləri tərəfindən hörmət edilən, digərləri tərəfindən isə tənqid edilən son dərəcə qütbləşdirici bir fiqur olaraq qalır.[1]
Rəmzi Nafi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Vəfat tarixi | 1949 |