Rəna Qraf (qızlıq soyadı: Məmmədova;[1] alm. Rena Graf; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999).[1]
Rəna Qraf | |
---|---|
alm. Rena Graf | |
Ölkə |
SSRİ → Özbəkistan → Almaniya |
Doğum adı | Rəna Məmmədova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (1999) |
Son reytinqi | 2314 (dekabr 2018) |
Maksimal reytinqi | 2353 (oktyabr 2000)[1] |
FİDE nömrəsi | 4680790 |
Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub.[2] Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub.[3][4]
2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub.[5]