Rəngarəng kərtənkələcik

Rəngarəng kərtənkələcik (lat. Eremias arguta) — Kərtənkələcik cinsinə aid kərtənkələ növü.

Rəngarəng kərtənkələcik
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Rəngarəng kərtənkələcik
Beynəlxalq elmi adı

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Orta ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 10 sm təşkil edir. Ayaqları üzərində açıq rəngli ləkələrlər olur. Bu ləkələrin kənarı isə tünd həlqə vardır. Qarın nahiyəsi ağdır.

Əsasən yarımsəhra, səhra, çöl və dağ çöllərində yayılmışlar. Bəzi hallarda isə meşə-çöl sahəsində rast gəlinir. 2000 metr yüksəkliklərə qədər yayıla bilir. Onlar qurbağaların, gəmiriçilərin və tısbağaların yuvalarında yaşayırlar. Yayda səhər və axşam radələrində aktiv olurlar. Qarışqalar, böçəklər, hörümçəklərlə qidalanırlar. 3–12 yumurta qoyurlar. Balalar may-iyun ayları yumurtadan çıxır. Uzuluqları 2,8–3,5 sm olur.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Növ öz növbəsində alt yarımnövlərə bölünür:

  • Eremias arguta arguta Pallas 1773 — Qərbi Qazaxıstan
  • Eremias arguta darevskii Tsaruk 1986 — İssukkul gölü Qırğızıstan
  • Eremias arguta deserti Gmelin 1789 — arealın qərb hissəsindən Ural çayının şərq axarlarına qədər.
  • Eremias arguta potanini Bedriaga 1912 — Qazaxıstan
  • Eremias arguta transcaucasica Darewskij 1953 — Cənubi Qafqaz
  • Eremias arguta uzbekistanica Tschernow 1934 — Özbəkistan və yaxılığında yerləşən ölkələr.

Rəngarəng kərtənkələcik geniş arealda yayılmışdır: Azərbaycan, Ukrayna, Rumınya, Moldova, Rusiya]], Ermənistan, İran, Tacikistan, Türkmənistan, Qırğızıstan, Çin, MonqolustanQazaxıstan. Bəzən bir ha ərazidə 250 baş kərtənkələyə rast gəlmək olur.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  • Mongolian Red List of Reptiles and Amphibians, ADMON Printing, Ulaanbaatar, 2006. — ISSN: 1751–0031. — с. 43–44 PDF Arxivləşdirilib 2012-03-01 at the Wayback Machine
  • Ganea I. Eremias arguta (Pallas, 1773) Şopârlă multicoloră // Cartea Roșie a Republicii Moldova = The Red Book of the Republic of Moldova. — ed. a 2-a. — Ch.: Știința, 2002. — P. 205. — 288 p. — ISBN 9975-67-311-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]